Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:00

«Sərhədsiz Reportyorlar» «Turan»a hücumlardan narahatdır


Səs: Real audio
«Hökumət seçki qabağı müstəqil və müxalifət mediasını nüfuzdan salmaq istəyir» «Biz prezident İlham Əliyevi bu kritik məqamda ideal mətbuat azadlığının bərpası üçün hər şəraiti yaratmağa çağırırıq».



«Sərhədsiz Reportyorlar» Təşkilatının (SRT) sentyabrın 20-də yaydığı pres-relizdə belə deyilir.



Təşkilat bildirir ki, «Turan» İnformasiya Agentliyi (İA) «Gallup» təşkilatının prezidentyönlü sorğuya dair təkzibini yayandan sonra ona qarşı rəsmi və iqtidaryönlü medianın hücumları artıb. «Gallup» azərbaycanlıların 77 faizinin prezident İlham Əliyevə inandığını iddia edən sorğunu keçirmədiyini bildirmişdi. Rəsmi «AzərTAc» Agentliyi isə «Turan»ı dezinformasiya yaymaqda ittiham etmişdi.



Press-relizdə deyilir ki, bu maxinasiyalar hökumətin seçki qabağı ölkənin müstəqil və müxalifət mediasını nüfuzdan salmaq istədiyini göstərir.



Millət vəkili, Mətbuat Şurasının üzvü Bəxtiyar Sadıqov nə «Turan» İA, nə də istənilən digər media orqanına qarşı təzyiqlərin artması fikrilə razılaşmır. Onun sözlərinə görə, parlament «İnformasiya azadlığı haqqında» Qanunu qəbul edəndən sonra bütün dövlət təşkilatlarında olan məlumatların hər bir qəzetin üzünə açıq olmasına qanuni əsas yaranacaq.



Cənab Sadıqov hökumətin müstəqil və müxalifət mediasını gözdən salmaq niyyəti barədə deyilənləri də əsasslz adlandırır.



«Sərhədsiz Reportyorlar»ın yaydığı pres-relizdə avqustun əvvəllərində bir neçə müxalifət qəzetinin ofisinə hakim Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən hücum edilməsi, sentyabrın 15-də isə «Yeni Fikir» Gənclər Təşkilatının qərargahında üç qumbara tapılması da xatırladılır.
XS
SM
MD
LG