Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

MSK Akif Nağının müraciətini cavablandırdı


Səs: Real audio
Natiq Məmmədov: «Abel Məhərrəmov isə dövlət qulluğunda çalışmır, o, pedaqoji fəaliyyətlə məşğuldur» 16 saylı Yasamal seçki dairəsindən «Azadlıq» seçki blokunun namizədi və Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət ünvanlayıb. Onun sözlərinə görə, rəqiblərindən biri - Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Seçki Məcəlləsinin tələblərini pozaraq, hələ də tutduğu vəzifədə qalmaqdadır: «Və bu mövqeyindən istifadə edərək dövlət qulluqçuları, universitet müəllim və texniki heyəti, eləcə də polislərdən seçki kampaniyasının aparılmasında istifadə edir».



Cənab Nağı sadalanan qanun pozuntularının nəzərə alınaraq Abel Məhərrəmovun namizədliyinin ləğv olunmasını tələb edir.



MSK katibi Natiq Məmmədov isə bildirir ki, tutduğu vəzifədən məzuniyyətə getmək dövlət və bələdiyyə qulluğunda çalışanlara aid edilir: «Abel Məhərrəmov isə dövlət qulluğunda çalışmır, o, pedaqoji fəaliyyətlə məşğuldur».



Seçki Məcəlləsinə görə, dövlət qulluğu və ya bələdiyyədə işləyənlər deputatlığa namizədliklərini verdikləri halda üç gün ərzində məzuniyyətə getməlidirlər.
XS
SM
MD
LG