Səs: Real audio
Monitorinq qrupuna Zeynal Məmmədli rəhbərlik edəcək Sentyabrın 19-dan etibarən iki ay müddətində Avropa Şurası Azərbaycan kütləvi informasiya vasitələrinin monitorinqinə başlayıb. Qurum iyulun 13-də təxminən 40-a yaxın mətbuat və televiziya rəhbərinin imzaladığı «Azərbaycan kütləvi inofohmasiya vasitələrinin seçki kampaniyası dövründə davranış kodeksi» adlı sənədə nə dərəcədə riayət olunacağını müşahidə edəcək.
Avropa Şurası İnformasiya Ofisinin rəhbəri İlqar İbrahimlinin sözlərinə görə, yeddi nəfərdən ibarət monitorinq qrupuna BDU-nun jurnalistika fakultəsinin müəllimi Zeynal Məmmədli rəhbərlik edəcək.
Cənab İbrahimli deyir ki, qrup iki ay ərzində həftədə bir dəfə mətbuat konfransı keçirərək, monitorinqin nəticələri ilə bağlı ictimaiyyəti məlumatlandıracaq. Kodeksin tələblərinə uyğun olaraq gizli reklama, xəbər və gündəlik məlumatlarda hökumət rəsmilərinə üstünlük verilməməli, blok və ya partiyaların, deputatlığa namizədlərin fəaliyyəti və tədbirləri haqda informasiyada tərhif olmamalıdır.