Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:02
Rubrikalar

Üzeyir Hacıbəyov 120 yaşına çatdı


Səs: Real audio
60-dan çox bal toplamış 223 nəfər ikinci tura keçib Bu "İz"də:



- Üzeyir bəy Hacıbəyovun mədəniyyətdəki izlərinə göz atacaq;



- Bu böyük bəstəçinin adını daşıyan İnternet-portaldan soraq tutacaq;



- «Ariya» sözünün lüğəti mənasını yada salacaq;



- Üzeyir bəyin bir miniatürünü dinləyəcək;



- Və hər dəfə xalq yazıçısı Anarın açıqlamalarını eşidəcəksiz.



ANAR: "ÜZEYİR BƏYİ ANMALI, AMMA MÜSLÜM MAQOMAYEVİ DƏ UNUTMAMALIYIQ"



Sentyabrın 18-də, amma 120 il öncə iki nəhəng – Üzeyir Hacıbəyov və Müslüm Maqomayev doğulub.



- Anar müəllim, Üzeyir bəyin mədəniyyətdəki izindən söz açırıq. Bu böyük şəxsiyyətsiz 20-ci əsr necə görünərdi? Sizcə, nəhəng boşluq yaranmazdı ki?



- Şübhəsiz, yaranardı. 20-ci əsr çox kasıb görünərdi. Azərbaycan musiqisi nəinki kasıb görünərdi, o, bəlkə, ayrı yolla inkişaf edib daha kiçik nailiyyətlər əldə edə bilərdi. Üzeyir Hacıbəyov Azərbaycan musiqisinin elə sağlam təməllərini qurdu, elə sağlam əsaslarını qoydu ki, musiqimiz çox parlaq və düzgün yolla inkişaf etdi. Və Üzeyir bəydən sonra çox istedadlı bəstəkarlar nəslini yetişdirdi.



- Anar müəllim, Üzeyir bəyin 120 illiyi xeyli vaxtdır gündəmdədir. Lütfən, bir sualı cavablayın: Niyə əvvəlki yubileylərdə Üzeyir bəylə Müslüm Maqomayev birgə anılıb, ancaq indi yox? Əvvəlmi səhv edirdik, ya indi?



- Həmişə birgə anılmayıb. Təsadüf elə getirib ki, doğrudan da ilk musiqimizin iki böyük şəxsiyyəti eyni ildə, eyni gündə anadan olub. Amma məncə, cəmi bir dəfə bunların yubileyi bir yerdə keçirilib. Qalan dəfələr hər dəfə həm Üzeyir bəyin yubileyi keçirilirdi, həm də Müslüm Maqomayevin.



Mən bu günlərdə qəzetdə nəvə Müslüm Maqomayevin müsahibəsini oxudum. O, orda gileylənir və məncə, haqlı gileylənir ki, Müslüm Maqomayev unudulmamalıdır. Amma o özü də etiraf edir ki, Üzəyir bəy Azərbaycan musiqisində daha böyük şəxsiyyətdir. Yəni, bu aydın bir məsələdir. Üzeyir bəyin rolu Azərbaycan musiqisində müqayisə edilməz dərəcədə böyükdür. Bununla bərabər biz Müslüm Maqomayevin də rolunu və xidmətlərini unutmamalıyıq. Və təbii ki, onu da qeyd etməliyik. Amma bir yerdə qeyd etmək "malı mala qatmaq" olardı. Onsuz da bizdə yubileylər çox vaxtı həmin gün olmur. Və hətta bəzən bir neçə ay, bir neçə il gecikir. İndi Üzeyir bəydən sonra şübhəsiz, Müslüm Maqomayevin də nə şəkildəsə yubileyini qeyd etmək lazımdır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG