Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:07

«Ekzit-pol»u «Sorğu» və GORBI keçirəcək<p align=`left`><br><br>


Səs: Real audio
Devid Hofman: «Tərəfdaşlarımızın fəaliyyətinə «PA Consulting Group» və ABŞ hökuməti ciddi nəzarət edəcək» ABŞ-ın dəstəklədiyi «PA Consulting Group»un parlament seçkisində keçirəcəyi «ekzit-pol» [seçki məntəqələrindən çıxışda müstəqil sorğu] beynəlxalq standartlar və yerli xüsusiyyətlər nəzərə alınmaqla reallaşacaq. Bunu şirkətin əməkdaşı Devid Hofman sentyabrın 16-da keçirilən mətbuat konfransında söylədi.



Qurumun tərəfdaşları Azərbaycanda «Sorğu» və Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz, Gürcüstanda isə GORBI (Georgian Opinion Research Business International) təşkilatıdır.



Cənab Hofman bildirir ki, onlar bu təşkilatları dörd prinsip əsasında seçiblər: «Bunlar anonimlik, siyasi neytrallıq, şəffaflıq və peşəkarlıqdır».



Devid Hofman əlavə edir ki, tərəfdaşlarının fəaliyyətinə «PA Consulting Group» və ABŞ hökuməti ciddi nəzarət edəcək. «Ümumiyyətlə isə, şirkətin aparacağı «ekzit-pol»un xəta həddi 3,5 faizdən artıq olmayacaq» - deyə, o vurğulayır.



«PA Consulting Group»un digər əməkdaşı Bob Bamqartner: «Seçkini müşahidəçilər də izləyəcək və öz sözlərini deyəcəklər».



«PA Consulting Group» 65 dairədə, 1000 məntəqədə «ekzit-pol» keçirəcək. Dairə və məntəqələr, eləcə də seçicilər təsadüfi seçmə üsulu ilə seçiləcəklər. «Ekzit-pol» yazılı şəkildə aparılacaq, anketi seçiçilər özləri dolduracaqlar.



Bu ilin yazında Azərbaycanın bir sıra media orqanları «Gallup International» təşkilatının Cənubi Qafqaz ölkələrində əhalinin liderlərə münasibətini oyrənmək üçün sorğu keçirməsi barədə məlumat yayıb. Məlumatda Azərbaycan əhalisinin 77 faizinin prezident İlham Əliyevi dəstəklədiyi bildirilirdi.



«Azadlıq» radiosunun araşdırmaları nəticəsində məlum olub ki, həmin sorğunu bilavasitə «Gallup International» yox, onun Gürcüstandakı tərəfdaşı - GORBI təşkilatı «Sorğu» Mərkəzi ilə birgə keçirib.



Mövzu ilə bağlı:



Qalmaqallı sorğunu GORBI aparıb
XS
SM
MD
LG