Səs: Real audio
Ukraynanın Azərbaycana nota verdiyi bildirilir Sentyabrın 15-də Heydər Əliyev adına Hava Limanında saxlanılan Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) müşaviri Sergey Yevtuşenko hələ də buraxılmayıb. Onunla eyni vaxtda saxlanılan Estoniya vətəndaşı, “Xalq müvəkkili” sosial proqramının koordinatoru Andrey Popov isə gecə saat 2 radələrində sərbəst buraxılıb.
Cənab Popovun dediyinə görə, əvvəlcə sərhəd xidmətində qeydiyyatdan keçib və heç bir problemlə üzləşməyib. Amma gömrük zonasında bəyannaməni doldurarkən sərhəd xidmətinin zabiti yenidən ona yaxınlaşıb:
«Səkkiz saat saxlanmağımın səbəbləri barədə heç bir şərh ala bilmədim. Bu müddətdə mənə su və yemək verilmədi. Mənimlə heç kim danışmırdı, demək olar ki, tamamilə boşluqdaydım. Mənə deyirdilər ki, sənin məsələn yuxarılarda həll olunur. Bizi bura dəvət edənlər Böyük Britaniya konsulluğunu məlumatlandırandan sonra məni buraxdılar».
Andrey Popovun sözlərinə görə, əslində, sənədlərində heç bir problem olmayan cənab Yevtuşenko onunla həmrəylik nümayiş etdirdiyinə görə saxlanılıb.
Beynəlxalq Demokratiya İnstitutunun direktoru Sergey Tarana görə isə, S. Yevtuşenkonu saxlamaqla Bakı beynəlxalq konvensiyaları pozub. Onun sözlərinə görə, Azərbaycan hökuməti Ukrayna XİN-in rəsmisini Rusiyaya deportasiya etmək istəyir.
Ali Radanın deputatı Nikolay Katerinçuk isə bildirdi ki, artıq Ukrayna XİN-i vətəndaşlarının Azərbaycanda üzləşdiyi problemlərdən narahatlığını bildirib və çox güman ki, yaxın saatlarda diplomatik səviyyədə baş verənlərə öz mövqeyini bildirəcək.
Sentyabrın 16-da axşam saatlarında Müsavat partiyasının bir qrup üzvü hava limanı ərazisində S. Yevtuşenkonun azad edilməsi tələbi ilə etiraz aksiyası keçirib. Bunu həmin partiyanın Nərimanov təşkilatının sədri Səlahəddəin Əkbər deyib.
Bakı hava limanından verilən məlumata görə, hazırda S. Yevtuşenko ilə bağlı araşdırma aparılır və bunun nə vaxt yekunlaşacağı məlum deyil.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Tahir Tağızadə isə bildirir ki, S. Yevtuşenkonun Ukrayna XİN-in müşaviri olması barədə hər hansı məlumata malik deyil. Amma buna baxmayaraq, məsələni nəzarətdə saxlayırlar.
Bu arada "Turan" agentliyinin yaydığı məlumata görə, Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan XİN-ə nota göndərərək S. Yevtuşenkonun ötən gün Bakı hava limanında saxlanmasına aydınlıq gətirilməsini xahiş edib.
Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima bildirib ki, onlar S. Yevtuşenkonun saxlanmasından bir sutka vaxt keçməsinə baxmayaraq, baş verənlərin səbəbləri barədə açıqlama verilməməsindən narahatdırlar. Onun sözlərinə görə, iki ölkə arasında vətəndaşların vizasız gediş-gəlişinə dair razılıq var və bununla bağlı notada Ukrayna vətəndaşının saxlanmasının səbəblərinin göstərilməsi xahiş olunur.
Notada həmçinin bildirilir ki, beş saat müddətində Ukrayna konsulunun saxlanılan şəxslə görüşməsinə icazə verilməyib. Bu da Venesiya Konvensiyasına ziddir.
Gün ərzində cənab Kizima Azərbaycanın xarici işlər nazirinin müavinləri Vaqif Sadıqov, Xələf Xələfov və Araz Əzimovla əlaqə saxlayıb. Onun sözlərinə görə, azərbaycanlı diplomatlar baş verənləri "anlaşılmazlıq" adlandırıblar.
Sergey Yevtuşenko, Andrey Popov və Nikolay Katerinçuk Müsavat partiyasının dəvətilə «Azadlıq» seçki blokunun sentyabrın 16-17-i keçirmək istədiyi «Post-sovet ölkələrinin ikinci demokratikləşmə mərhələsi» adlı beynəlxalq konfransda iştirak etmək üçün B