Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:42
Rubrikalar

Gəncədən gəlirəm...


Səs: Real audio
Ramin Tağıyevin vəkili ittihamı «gülünc» adlandırır "IV Parlament"in namizədləri:



- Cahangir Əmirov – Müsavat partiyasından 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd;



- Əvəz Zeynalov – 40 saylı Gəncə-Kəpəz ikinci seçki dairəsindən bitərəf namizəd;



- Musa Quliyev – YAP-dan 40 saylı Gəncə-Kəpəz ikinci seçki dairəsindən deputatlığa namizəd.



– Gəncənin hansı problemləri var və onları necə həll edəcəksiniz? Və yaxud da Sizcə, deputat problem həll etmək üçün seçilir?



Cahangir Əmirov: Deputat problemi həll etmək üçün yox, problemlərin qanun şəklinə salınması, həlli yollarının axtarılması üçün seçilir. Gəncənin problemləri çoxdur. Gəncədə 1993-cü ilədək 42 istehsal müəssisəsi, 460-a yaxın kiçik müəssisə işləyib. Təkcə alüminium zavodunda 6 min adam işləyib. Bu gün Gəncədə iş yerləri demək olar ki, yoxdur. Uzun müddət Gəncəyə qazın heç, işığın isə fasilələrlə verilməsi Gəncədə mövcud zavodların, fabriklərin sıradan çıxmasına səbəb olub. Bunun həlli yolları ancaq odur ki, qabaqcıl, inkişaf etmiş ölkələrlə əlaqələr yaradılsın, qabaqcıl texnologiyalardan istifadə edilərək həmin zavodlar yenidən işə salınsın, əhali işlə təmin olunsun.



Musa Quliyev: Təbii ki, Azərbaycanda hakimiyyət bölgüsü var. Milli Məclis qanunverici hakimiyyətdir, onun əsas vəzifəsi qanunların qəbul olunmasıdır. Ümumiyyətlə, problemlərin həlli təkcə deputatların yox, hamının borcudur. Gəncənin problemlərinə gəlincə isə, mənim opponentim bu problemlərdən danışdı, amma demədi ki, o problemlərin böyük əksəriyyəti artıq aradan qaldırılıb. Bu gün Gəncədə işıq problemi, demək olar ki, yoxdur. Gəncənin ərazisinin böyük bir hissəsi qazla mütəmadi şəkildə təmin olunub. Gəncədə son iki il yarımda çox böyük quruculuq, abadlıq işləri gedib. Problemlər də var, onlar da ardıcıl olaraq həll olunur. Hesab edirəm ki, yaxın 3-5 ildə bu problemlərin böyük əksəriyyəti aradan qaldırılacaq. Ancaq bir daha onu deyim ki, millət vəkilinin əsas vəzifəsi millətə və dövlətə lazım olan qanunların qəbul olunmasında iştirak etməkdir.



Əvəz Zeynalov: Əvvəlcə, Sizə təşəkkür edirəm, çünki Azərbaycanda son günlərdə müstəqil namizədlər tamamilə unudulub. 10-15 ildir ki, iqtidar da, müxalifət də danışırlar və heç bir zaman heç bir problemi həll etməyiblər... Gəncədə işıqda fasilələr, qazda çox böyük fasilələr var. Düzdür abadlıq işləri də gedir, amma Gəncə 10 il cəzalandırılmış şəhərdir. Mənim platformamda olan əsas məsələlərdən biri də odur ki, Gəncəni bundan sonra cəzalandırılmağa qoymayaq.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG