Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

«Yeni Fikir»in sədr müavini üç ay müddətinə həbs olundu


Səs: Real audio
Ramin Tağıyevin vəkili ittihamı «gülünc» adlandırır Sentyabrın 16-da Nəsimi Rayon Məhkəməsi «Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Ramin Tağıyevin üç ay həbs olunmasına dair qərar verib. Məhkəmə vəkil Mübariz Qarayevin onun azadlığa buraxılması haqqında vəsatətini qəbul etməyib.



Ramin Tağıyev Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur. Vəkil ittihamın əsassız olduğunu bildirir: «Guya, Ramin Gəncə və Göyçayda çayxanada hakimiyyəti zorla dəyişmək məqsədilə təbliğat aparıb. Gülünc ittihamdır».



Baş Prokurorluq Ramin Tağıyevi bu il sentyabrın 14-də saxlayıb. Təşkilatın sədri Ruslan Bəşirli isə avqustun 3-də eyni ittihamla həbs edilib. Qurumun digər sədr müavini Səid Nuriyev isə bir neçə gün əvvəl Baş Prokurorluq tərəfindən saxlansa da, xəstəliyi ilə bağlı onun haqqındakı istintaq hərəkətləri müvəqqəti dayandırılıb.



«Yeni Fikir»in İdarə Heyətinin üzvü Namiq Feyziyevin sözlərinə görə, 1 Saylı Klinik Xəstəxanada yerləşdirilən Səid Nuriyevin səhhəti normaldır: «Ona ancaq anasının baş çəkməsinə icazə verilir». Cənab Feyziyev qurumun digər fəallarına da təzyiq olduğunu deyir.



Sentyabrın 15-də «Azadlıq» qəzetinin redaksiyasında yerləşən təşkilatın otağından üç əl qumbarası və trotil şaşkası tapıldıqdan sonra isə binada mühafizə gücləndirilib. Mühafizəçi Fikrət Həsənov deyir ki, indi redaksiyaya daxil olan hər kəs yoxlanır.



Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin inspektoru Zülfiyyə İbrahimova isə bildirir ki, baş verən hadisəylə bağlı araşdırma aparılır: «Silah-sursat tapılan andan araşdırma başlayıb».
XS
SM
MD
LG