Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:27

«Yeni Fikir»çilər ofislərindən üç qumbara tapdıqlarını bildirirlər


Səs: Real audio
Təşkilat üzvləri bunu quruma qarşı yeni bir təxribat planı adlandırırlar «Yeni Fikir» Gənclər Təşkilatı üzvlərinin bildirdiyinə görə, qumbaraları ofisdə təmizlik işləri apararkən aşkar ediblər.



«Yeni Fikir»in İdarə Heyətinin üzvü Namiq Feyziyev deyir ki, partlayıcı maddələr ağzı bağlı kisədə yerləşdirilib və qərargahdakı bayrağın arxasında gizlədilib. Onun sözlərinə görə, bayraqlar «Azadlıq» seçki blokunun sentyabrın 10-da keçirdiyi mitinqdən sonra otağın küncünə qoyulub və o zaman partlayıcı maddəyə rast gəlinməyib.



Cənab Feyziyev baş verənləri təşkilata qarşı yeni bir təxribat planı adlandırır: «Hakimiyyət bununla seçki ərəfəsində demokratik fikirli gəncləri qorxutmaq məqsədi güdür».



Qumbaralar AXCP-nin qərargahına gətirilərək zərərsizləşdirilib.



Polis əməkdaşları gəlib qumbaları götürməkdən imtina etsələr də, "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahidovun "Azadlıq" radiosuna bildirdiyinə görə, o, özü partlayıcıları partiya fəalları ilə birgə Səbail rayon 39-cu Polis Bölməsinə aparıb. Burada akt tərtib olunub və polis partlayıcıları təhvil alıb.



Bölmənin özünü təqdim etməyən növbətçi əməkdaşı da bu məlumatı təsdiqlədi.



Bu arada «Yeni Fikir» Gənclər Təşkilatının üzvlərindən aldığımız xəbərə görə, təşkilatın sədr müavini Səid Nuriyevin səhhətində müəyyən ağırlaşmalar olub, amma həkimlər onu vəziyyətdən çıxara biliblər. Qurumun başqa bir sədr müavini – Ramin Tağıyevə isə sentyabrın 15-də rəsmi ittiham elan olunmalı idi. Amma vəkil Yavər Hüseynin verdiyi məlumata görə, bu məsələ təxirə salınıb.
XS
SM
MD
LG