Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

İlk dərs günü: "Kitablar pulsuz paylandı. Başqa yenilik yoxdur"


Səs: Real audio
Xarici İşlər Nazirliyinın rəsmisi bu fikirdədir - Bütün dərsliklər paylandı, “Coğrafiya”dan başqa. Dedilər ki, gedin özünüz alın.



- Dərsliklərin müəyyən qismi paylandı, paylanmayanlar azlıq təşkil edir.



- Cəmi 8 dərslik paylanıb, qalanları hələ paylanmayıb. Dedilər ki, verilməyəcək, gedin özünüz alın.



Təhsil Nazirliyi bu il hər bir şagirdə dərslikləri pulsuz paylayacağını vəd etmişdi. Şagirdlər isə pulsuz dərsliklərin yalnız bir qismini ala bildiklərini deyirlər.



Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə şagirdlərə yalnız bir neçə dərsliyin verilmədiyini deyir. Çünki, dövlət vəsaiti ayrılan zaman həmin dərsliklər pulsuz veriləcək kitabların siyahısına salınmamışdı.



- Yalnız bir neçə dərslik istisna hal kimi pulla verilə bilər. Bu da pulsuz dərsliklərin siyahısına dövlət vəsaiti ayrılan zaman hazır olmayan dərsliklərdir.



Şagirdlər məktəbə gəldikləri ilk gündə ciddi dəyişikliklə üzləşmədiklərini də deyirlər.



- Kitablar pulsuz paylandı. Başqa yenilik yoxdur.



- Həminki məktəbdi. Elə ciddi dəyişiklik yoxdur, bir az təmizlik işləri aparıblar.



- Ayaqyolu o dərəcədə “yaxşı” idi ki, ora getmək istəmirdik. Axır ki, bu il təmir ediblər.
XS
SM
MD
LG