Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43
Rubrikalar

Ölkə futbolunun inkişaf planı hazırlanıb


Səs: Real audio
Xarici İşlər Nazirliyinın rəsmisi bu fikirdədir - Sentyabrın 14-də Azərbaycanın bədii gimnastikanın qrup hərəkətləri üzrə yığma komandası «Sankt-Peterburq mirvariləri» beynəlxalq turnirində çıxış edib. Çoxnövçülük yarışlarında Azərbaycan yığması 4-cü yeri tutub.



- Qılıncoynadanlar isə ölkə birinciliyinə yekun vurublar. Sabliya, rapira və şpaqa növlərində mübarizə aparan 55 idmançıdan 5-i ölkə çempionu adını qazanıb.



- Azərbaycan Futbol Fudurasiyaları Assosiasiyası [AFFA] Azərbaycan futbolunun inkişaf etdirilməsi üçün dövlət planı layihəsi hazırlayıb. AFFA-nın prezidenti Ramiz Mirzəyevin sözlərinə görə, yaxın 10 ildə futbol sahəsində istənilən nəticə əldə etmək olacaq:



«Sənəd stadionların tikintisini, bərpasını, uşaq futbolunun inkişafını, futbol məktəblərinin yaradılmasını, vergidən azadedilmə və başqa məsələləri əhatə edir».



Layihə hökumətə təqdim olunub.



- Moskvada sambo üzrə beynəlxalq turnir sona çatıb. Azərbaycan samboçuları Habil Məsməliyev (68 kq) gümüş, Taleh Verdiyev (52 kq), Elçin Mayılov (57 kq) və Hakim Nəzərəliyev (62 kq) bürünc medalların sahibi olub.
XS
SM
MD
LG