Səs: Real audio
Xarici İşlər Nazirliyinın rəsmisi bu fikirdədir Bugünkü "Qlobus"da:
- Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan bölməsinin sədri Hacı Elman Həsənov;
- İsveçrə hökumətindən siyasi sığınacaq almış Elbəyi Həsənli.
"Qlobus"un birinci qonağı Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan bölməsinin sədri, el arasında Hacı Elman kimi tanınan Hacı Elman Həsənovdur. Elman bəy Tatarıstanda gördüyü xeyriyyəçilik işlərinə görə ötən il Rusiya Federasiyasının "Yüzilliyin mesenatı" Ordeni ilə təltif olunub. 32 il əvvəl Tatarıstana gəlib, hazırda Kazandakı "Polimer" Elmi-İstehsalat Birliyinin baş direktorudur.
Dediyinə görə, hazırda həm Tatarıstanda, həm də Azərbaycanda yaşayır.
Hacı Elman Həsənov deyir ki, Kazanda 10 minə yaxın azərbaycanlı yaşayır. Onun sözlərinə görə, qazanc üçün Tatarıstana gələn azərbaycanlıların çoxu son vaxtlar Azərbaycana qayıtmağa başlayıblar.
"Qlobus"un ikinci qonağı İsveçrə hökumətindən siyasi sığınacaq almış Elbəyi Həsənlidir. O, axırıncı prezident seçkilərindən sonra Azərbaycanı tərk edib. Azərbaycandan getməzdən qabaq "Yeni Müsavat" qəzetinin müxbiri olub.
Elbəyi Həsənli deyir ki, onun Azərbaycana qayıdışı noyabrdakı parlament seçkilərinin nəticələrindən asılı olacaq.
Və sonda Rusiyadan bir xəbər. Sentyabrın 16-da Rusiyada Azərbaycan Gəncləri günü keçiriləcək. Bu barədə "Qlobus"a Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin rəhbəri İlqar Hacıyev xəbər verdi.
Daha ətraflı Audio hissədə