Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:42

"Yeni Fikir"in sədr müavinlərindən biri azad edildi


Səs: Real audio
Ayaz Mütəllibovun vəkili Fuad Ağayev isə Baş prokurorun müavininə müraciət etdi Sentyabrın 12-də saxlanılan "Yeni Fikir" Gənclər Təşkilatının sədr müavini Səid Nuriyev azad edilib. Cünki, ona qarşı ittiham irəli sürülməsi üçün müddət başa çatıb. Bu barədə məlumatı Səid Nuriyevin vəkili Yavər Hüseyn verib.



Sentyabrın 13-də Nərimanov rayon Polis İdarəsinin təcridxanasından xəstəxanaya köçürülən Səid Nuriyev indi də Hemotologiya İnstitutunda müalicə alır. Onun vəkilinin məlumatına görə, "Yeni Fikir"çinin səhhəti nisbətən normallaşıb. Həkimlərin məlumatına görə, o, yaxın müddətdə evə buraxıla bilər.



Vəkili iddia edir ki, onun vəziyyətindəki ağırlaşmalara səbəb təcridxanada olarkən fiziki və mənəvi təzyiqlərə məruz qalmasıdır. Bu ittihamlara isə hələlik nə polis idarəsindən, nə də ölkə prokurorluğundan reaksiya verilmir.



"Yeni Fikir" Gənclər Təşkilatının digər sərd müavini Ramin Tağıyevsə vəkili Mübariz Qarayevin verdiyi məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən Nərimanov rayonundakı müvəqqəti saxlanma təcridxanasına köçürülüb. Onun sözlərinə görə, Ramin Tağıyev Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyətin zorla dəyişdirilməsi) üzrə şübhəli şəxs qismində saxlanılıb. İstintaq Ramin Tağıyevin Gəncə və Göyçayda çayxanada oturaraq dövlət əleyhinə təbliğat apardığını bildirir.
XS
SM
MD
LG