Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:03

Venesiya Komissiyası Seçki Məcəlləsinə dəyişiklik ümidini itirmir


Səs: Real audio
Onlar «Azadlıq» seçki blokunun təşkil etdiyi konfransa qatılacaqlar Seçki Məcəlləsinə (SM) olunmuş son əlavələr ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə cavab vermir. Hazırkı qanunu qənaətbəxş hesab etmək olmaz.



ATƏT və Venesiya Komissiyasının SM-lə bağlı birgə hazırladığı qiymətləndirmənin yekun mətninin layihəsində belə deyilir. Sənəddə bildirilir ki, SM-ə edilmiş dəyişiklik və əlavələr Azərbaycanın seçki təcrübəsinə və qanunvericiliyinə ictimai etimadın formalaşması üçün yetərli deyil.



Venesiya Komissiyasının Seçkilər və Referendumlar Şöbəsinin əməkdaşı Sergey Kuznetsov bildirir ki, seçki qanunvericiliyi ilə bağlı tövsiyələri hələ də qüvvədə qalır. O, Azərbaycan hökumətinin seçkiyədək sənədə bəzi dəyişiklik edəcəyini güman edir.



Cənab Kuznetsova görə, tövsiyələrin qəbul olunmamasına baxmayaraq, komissiya hökumətlə əməkdaşlıqda maraqlıdır.
XS
SM
MD
LG