Səs: Real audio
Bankın hesabatında 12 qabaqcıl islahatçı ölkə sırasında Gürcüstan ikinci yeri tutur «Bakı-Xəbər» qəzetindəki «İqtidar opponentlərinə qarşı yeni təxribat planı həyata keçirir» başlıqlı məqalədə Razi Tağı yazır ki, müxalifət namizədlərinin televiziyalarda çıxışı zamanı bölgələrdə işıqlar söndürülür. Nəticədə rayonlarda yaşayan insanlar hakim partiyanın namizədi istisna olmaqla, digər qurum təmsilçilərinin platforması ilə tanış ola bilmirlər. Məqalədə bildirilir ki, bu, seçki qanunvericiliyinin konkret müddəasının pozulmasıdır ki və buna görə cinayət məsuliyyəti nəzərdə tutulub.
«Yeni Azərbaycan» qəzetindəki «Dağlıq Qarabağ erməniləri tale yoldaşlarından ayrı düşüb» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Dağlıq Qarabağın (DQ) separatçı qurumunun MDB məkanındakı oxşar rejimlərlə münasibətləri zəifdir. Məqalədə bildirilir ki, buna DQ-nin digər seperatçı qurumlarla ümumi sərhədlərə malik olmaması və ortaq lahiyələrin yoxluğu səbəb olur. Məsələnin digər tərəfi ondan ibarətdir ki, rəsmi Yerevan Gürcüstanla münasibətləri gərginləşdirmək istəmir və bu səbəbdən qonşu dövlətin ərazisindəki separatçı qurumlarla işbirliyinə getmir.