Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:48

Səhiyyə Nazirliyi 18 adda dərmanın yararsız olduğunu bildirir


Səs: Real audio
Nazirliyin rəsmisi «bu işdə dərman idxalı ilə məşğul olan yerli iş adamları deyil, istehsalçılar məsulliyyət daşıyırlar» deyir Səhiyyə Nazirliyi (SN) Azərbaycana gətirilən 18 adda dərman pereparatının istifadəyə yararsızlığı haqda məlumat yayıb.



Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Zemfira Zalovanın sözlərinə görə, dərman qablarının əksəriyyətinin üzərində onların Hindistan istehsalı olduğu göstərilir: «Müayinələr sübut edib ki, bunlar saxta etiketlərlə qablaşdırılıb. Bunu Azərbaycanda etmək mümkün olmadığından dərmanların elə istehsal olunduqları ölkədə saxtalaşdırıldığı güman eldilir».



SN-in Dərman Pereparatlarının Ekspertizası Şöbəsinin müdiri Nizami Ağayev isə deyir ki, qadağan olunan pereparatların əksəriyyəti antibiotiklərdir və onların təsirlilik dərəcəsi çox aşağıdır. Onun sözlərinə görə, həmin pereparatların qəbulu əlavə xəstəliklər yaratmasa da, mövcud xəstəliyin tez sağalmasına da imkan vermir. O, belə pereparatlar sırasında «Doparol» , «Uroksim», «KAN», «Sulmin», «Azomak», «Flomid», «Alzol», «Roksan», «Ferrafol», «Flokin», «Zolan»,«Neovit» kimi dərmanların adlarının olduğunu bildirir.



Cənab Ağayevin sözlərinə görə, Azərbaycana təkcə Hindistandan deyil, həm də müxtəlif Avropa ölkələrindən də kefiyyətsiz pereparatların gətirilməsi hallarına rast gəlinir. Onun fikrincə, bu işdə dərman idxalı ilə məşğul olan yerli iş adamları deyil, istehsalçılar məsulliyyət daşıyırlar.
XS
SM
MD
LG