Səs: Real audio
Səid Nuriyev dövlət çevrilişi etmək və silahlı dəstələr hazırlamaq üçün təlimatlar almaqda şübhəli bilinir Sentyabrın 12-də Baş Prokurorlugun Agır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə ifadə vermək üçün çağırılan «Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nuriyev saxlanıb. Onun vəkili Yavər Hüseynin «Azadlıq» radiosuna verdiyi məlumata görə, cənab Nuriyev dövlət çevrilişi etmək və silahlı dəstələr hazırlamaq üçün təlimatlar almaqda şübhəli bilinir.
Vəkil bildirir ki, Polşada keçirilən seminarda iştirak edən Səid Nuriyev ora rəsmi dəvət olunub: «Bunu təsdiqləyən sənədlər də var. Bundan başqa o, digər seminar iştirakçıları ilə birlikdə Polşa rəsmiləri ilə görüşüb».
Y.Hüseyn saxlamanın əsassız oldugunu bildirir.
Baş Prokurorluqdan məsələ ilə bağlı hər hansı açıqlama verilmədi.
Bu il avqustun 3-də «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli həbs olunub. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama) təqsirləndirilir.