Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 17:59
Rubrikalar

Ötən həftədən Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Fuad Ağayev danışır


Səs: Real audio
BMT–nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Marko Barsotti belə deyir Ötən həftənin əsas siyasi hadisələrindən birinci olaraq seçki [təşviqat-təbliğat] kampaniyasının başlanmasını göstərmək olar. Kapmaniyanın başlanğıcı onunla yadda qalandır ki, baş proluror Zakir Qaralov Rəsul Quliyev, sonradansa Ayaz Mütəllibovun üzərindən toxunulmazlığın götürülməsinə dair bəyanət verib. Bundan sonra Ayaz Mütəllibovun həbsi haqqında qərarın olması barədə bəyanatlar səsləndi. Faktiki məlum oldu ki, seçki kampaniyasının favoritlərindən birinin hüquqları kobud şəkildə pozulur. Yəni, iki il bundan qabaq onun haqqında həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq, onun bu barədə məlumatı olmayıb.



Bundan başqa, ötən həftənin hadisələri içində dövlət başçısının cənub bölgəsinə səfəri və həmin səfər zamanı seçkilərin gedişatına icra başçılarının müdaxiləsi ilə bağlı sözləri, onların işdən çıxarılacağı barədə xəbərdarlığı göstərmək olar. Ancaq əfsuslar olsun ki, seçki prosesini daha şəffaf edə biləcək və saxtakarlığın qarşısını ala biləcək ən elementar bir qaydadan – barmaqların nişanlanmasından hazırkı iqtidar imtina edir. Baxmayaraq ki, ... beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri bu məsələnin vacibliyini önə çəkməkdədirlər. Azərbaycan rəhbərliyi hələ ki, bu məsələyə biganə qalır.



Bu şəxsən mənim fikrimcə, onu göstərir ki, hazırkı iqtidarda və iqtidara yaxın dairələrdə seçkiləri saxtalaşdırmaq niyyətində olan şəxslərin sayı çoxdur.



Mənim fikrimcə, bu məsələ üzümüzə gələn həftə də öz inkişafını tapmalıdır. Seçki prosesinin ədalətliliyini təmin etmək məqsədilə mütləq başqa ölkələrin seçki təcrübəsində təşəkkül tapmış və özünü doğrultmuş qaydadan istifadə olunmalıdır.
XS
SM
MD
LG