Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:55

Narkotiklərlə mübarizə üçün Azərbaycana yardım artırıla bilər


Səs: Real audio
BMT–nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Marko Barsotti belə deyir Sentyabrın 12-də Bakıda BMT-nin Yaxın və Orta Şərqdə Narkotiklərin Qanunsuz Dövriyyəsi üzrə Alt Komissiyasının 40-cı yubiley sessiyası işinə başladı. Azərbaycanda Narkomanlığa və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komitəsinin sədri Əli Həsənov işğal olunmuş Qarabağ ərazilərində narkotik vasitələrin becərildiyini və buradan tranzit kimi istifadə olunduğunu bildirdi. Onun sözlərinə görə, bu fəaliyyətdən əldə olunan gəlir beynəlxalq terrorizmin maliyyələşdirilməsinə yönəldilir.



BMT–nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Marko Barsotti isə bildirdi ki, Alt Komissiyanın iclasının Bakıda keçirilməsi işğal olunmuş ərazilərdə də narkotiklərin qanunsuz dövriyyəsilə mübarizəni gücləndirəcək: "Narkotiklərin dövriyyəsilə mübarizə üçün Azərbaycana texniki və siyasi yardım artırıla bilər".



Tədbirə 25–dən artıq ölkənin təmsilçiləri qatılıb.



Sessiya sentyabrın 16-dək davam edəcək.
XS
SM
MD
LG