Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50
Rubrikalar

Kuklalar Polşada "Arşın mal alan"ı göstərəcək


Səs: Real audio
Sentyabrın 18-də AzTV-1-də ilk dəyirmi masa keçiriləcək Bu "İz"də:



- «Zorakılıq və mədəniyyət» mövzusunun izinə düşəcək;



- Azərbaycan Marionet Teatrını Polşaya yola salacaq;



- «Terror» sözünün lüğəti mənalarını yada salacaq;



- «Mentalitet dolması»nı dadacaq;



- Və hər dəfə tanınmış şair Rüstəm Behrudinin açıqlamalarını eşidəcəksiz.



MARİONET TEATRI «ARŞIN MAL ALAN»I POLŞAYA APARIR



Bəlkə də öncə soruşacaqsınız ki, «Arşın mal alan»ın Marionet Teatrına nə dəxli var? Bu sualları həmin teatrın bədii rəhbəri Tərlan Qorçuya ünvanladıq:



- Suala cavab çox sadədir. Əvvəla, ona görə ki, bizdə əfsuslar olsun ki, hələlik "Arşın mal alan"dan başqa tamaşa yoxdur. İstəyimiz var idi ki, Üzeyir Hacıbəyovun başqa tamaşalarını da səhnələşdirək, amma hələ ki buna imkan yoxdur.



Varşava meriyası Varşava sakinlərinə müxtəlif sənət nümunələrini göstərməklə bağlı bir çox proyektlər həyata keçirir. Bizim teatrın da Varşavada şəhər sakinlərinə pulsuz tamaşalar göstərməsinə imkan yaradılıb...



Biz artıq sentyabrın 12-də Polşaya uçmalıyıq. Ayın 14-dən 16-dək – üç gün davamlı olaraq biz tamaşalar göstərəcəyik. Artıq bizə xəbər veriblər ki, bütün biletlər satılıb".



- Tərlan bəy, Marionet Teatrını bir də nə vaxt və harada görə bilərik?



- Mənim ən böyük arzum Üzeyir Hacıbəyovun bütün məşhur operettalarını səhnələşdirmək idi. Və bununla da ümumiyyətlə, bu teatr müəyyən mənada Üzeyir Hacıbəyov teatrı olmalıydı. Məncə, bu, çox dəyərli ideya idi. Amma binanın, fondların olmaması üzündən əfsus ki, bu proyekt davamını tapa bilmədi. Düzdür, hələ ki, ümidimiz qalır".



ZORAKILIQ VƏ MƏDƏNİYYƏT



– «Azadlıq» radiosunun efirində «zorakılıq və mədəniyyət» mövzusunun izinə düşmüşük. Bələdçimiz tanınmış şair Rüstəm Behrudidir.



– Rüstəm bəy, Sizcə, Azərbaycan mədəniyyəti özgənin dərdinə həssas-duyarlı yanaşmanı aşılayırmı?



- Bizim nəsildən olan yazıçıların bəlkə 90-95 faizinin Fələstində, Çində, Kambocada, Anqolada, Çilidə gedən hadisələrə münasibətini həmişə görmüşük. Azərbaycanda olan şeyləri yazmayıblar, kommunist dövründə yarınmaq üçün bu şeyləri yazıblar. Amma bu, görüntü yaratmaq, günün qəhrəmanına çevrilmək üçün idi. Ancaq gözdə olsun ki, Fələstini bombaladılar, mən şer yazdım...



Təbii ki, normal insan olan, ürəyi, ruhu, düşüncəsi olan adamın içində harda olursa olsun insan fəlakətinə, ağrı-acıya mütləq etiraz olmalıdır. O mənada bizim Azərbaycan ədəbiyyatında çox böyük ədəbi nümunələr də var.



- Təhsili-tərbiyəni necə quraq ki, toplum yaşamını, birgəyaşamı necə sahmana salaq ki, zorakılığa – terrora yer qalmasın? Bir sözlə, mədəniyyətləri necə qovuşdurub-barışdırmaq olar?



- Azərbaycan mədəniyyəti artıq yox olmaq dərəcəsindədir. Azərbaycan televiziyalarına baxın. Bütün küçədə qalmış nə qədər adam varsa televiziyadadır. O adamlar hətta televizoru söndürsən, qapıdan, pəncərədən, qəzetdən girir içəri... Azərbaycan mədəniyyətinə dəxli olmayan şairlər, artistlər, aktyorlar artıq gözümüzü yağır edib. Əslində, ləyaqəti və namusu olan televiziya rəhbərləri bu adamları televiziyaya buraxmamalıdır. Onlar bilmirlər ki, bu gün onların hesabına qazandıqları pullar gələcəkdə onların uşaqlarının tərbiyəsini pozacaq...



Mən elə fikirləşirəm ki, bütün zamanlarda dünya mədəniyyəti iç-içə yaşayıb... Dünyanın harasında olursa-olsun, ölüm, Allah, əbədiyyət, zaman haqqında bütün adamların düşüncəsi eynidir. Bu varsa, ortada mübahisəli heç nə qalmır... Və Azərbaycan mədəniyyəti bunda
XS
SM
MD
LG