Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:20

AŞPA Qarabağ münaqişəsini müzakirə edəcək


Səs: Real audio
Sentyabrın 18-də AzTV-1-də ilk dəyirmi masa keçiriləcək Sentyabrın 12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının [AŞPA] Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclası keçiriləcək.



Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun "Azadlıq" radiosuna bildirdiyinə görə, iclasda Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bütün tərəflər – ATƏT-in Minsk Qrupunun həmsədrləri, yaxud onların nümayəndələri, ATƏT-in Parlament Assambleyasının təmsilçisi, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye iştirak edəcək.



Səməd Seyidovun bildirdiyinə görə, həmin dinləmələrdə parlament üzvləri ilə yanaşı, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov, Ermənistan tərəfdən də parlament və hökumət nümayəndələri iştirak edəcək.



Bu il yanvarın 25-də AŞPA britaniyalı deputat Devid Atkinsonun Dağlıq Qarabağ münaqişəsinə dair hazırladığı hesabat və tövsiyələri qəbul edib. Hesabatda Azərbaycan ərazisinin böyük hissəsinin erməni qüvvələrinin işğalı altında olduğu bildirilir.
XS
SM
MD
LG