Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:43

Efirə birinci YAP təmsilçisi çıxacaq


Səs: Real audio
Sentyabrın 18-də AzTV-1-də ilk dəyirmi masa keçiriləcək Sentyabrın 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dövlətə məxsus televiziya və radioda pulsuz efirə çıxmaq növbəsini müəyyənləşdirmək üçün püşkatma keçirildi. Püşkatmaya görə, həftənin birinci günü efirə YAP, ikinci Liberal Partiya, üçüncü «Azadlıq», dördüncü isə «YeS» seçki bloklarının nümayəndələri çıxacaq.



Beləliklə, sentyabrın 18-də AzTV-1-də ilk dəyirmi masa keçiriləcək. Növbəti həftə dəyirmi masa İTV-də olacaq.



AzTV-1-də təşviqat vaxtı saat 22-00-dan, İTV-də isə 21-30-dan başlayır.



Siyasi partiya və bloklara ayrılan həftəlik ödənişsiz efir vaxtı ümumilikdə dörd saat yarım (270 dəqiqə) olacaq. Bazar günləri isə hər iki televiziya kanalında dəyirmi masalar üçün 24 dəqiqə ayrılacaq.



"Azərbaycan radiosu"nda hər həftənin ikinci və dördüncü günləri saat 20-30-dan hər bir siyasi partiya və bloka dörd dəqiqə yarım olmaqla cəmi 18 dəqiqə, şənbə günləri isə saat 20-30-dan dəyirmi masa üçün 18 dəqiqə ayrılacaq.



Seçki Məcəlləsinə görə, 60-dan çox dairədə deputatlığa namizədliyi qeydiyyata alınmış siyasi partiya və seçki blokuna dövlətə məxsus televiziya və radioda pulsuz efir vaxtı ayrılır.
XS
SM
MD
LG