Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 23:43
Rubrikalar

Cüdo üzrə dünya çempionatının startı verildi


Səs: Real audio
Alen Deletroz: «Bir tərəfdən, Dağlıq Qarabağ ermənilərinin «Azərbaycan vətəndaşı», digər tərəfdənsə, «düşmən» adlandırılması sülh prosesini mümkünsüz edə bilər» - Sentyabrın 8-də Qahirədə cüdo üzrə dünya çempionatının startı verilib. Çempionatda Azərbaycan 6 cüdoçu – 60 kq çəki dərəcəsində Nicat Şıxəlizadə, 66 kq-da Elçin İsmayılov, 81 kq-da Elxan Rəcəbli, 90 kq-da Fariz Ramizzadə, 100 kq-da Mövlud Mirəliyev və 57 kq-da Kifayət Qasımova ilə təmsil olunur.



Sentyabrın 8-də Mövlud Mirəliyev 100 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Latviyalı Marius Paşkeviçyusa qalib gəlib, Yaponiya cüdoçusu Keji Suzikiyə isə məğlub olub. Təsəlliverici qarşılaşmada isə Almaniya cüdoçusu Mixail Yuroka qalib gəlib, dördüncü görüşdə isə rusiyalı Dmitri Kabanova uduzandan sonra mübarizəni dayandırıb.



Cüdo Federasiyasının əməkdaşı Elnur Kələntərlinin verdiyi məlumata görə, Mövlud Mirəliyev mütləq çəki dərəcəsində də yarışacaq:



«Sentyabrın 9-da Elxan Rəcəbli (81 kq) və Fariz Ramizzadə (90 kq), sentyabrın 10-da Elçin İsmayılovla (66 kq) Kifayət Qasımova (57 kq) mübarizəyə qoşulur. Sentyabrın 11-də Nicat Şıxəlizadə (60 kq) və Mövlud Mirəliyev bu dəfə mütləq çəki dərəcəsində yarışacaqlar».



2003-cü ildə Yaponiyada keçirilmiş sonuncu dünya çempionatında Mövlud Mirəliyev bürünc medal qazanmışdı.



Yığma komanda Bakıya sentyabrın 12-də qayıdacaq.



- Sentyabrın 9-da otüstü xokkey üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası Avropa «Çağırış Kuboku» turnirinə vəsiqə qazanmaq üçün mübarizəyə qoşulacaq. «D» divizionunda mübarizə aparan Azərbaycan komandası Danimarka, Kipr və Malta yığmalarına qalib gələrək qrupda liderdir.



- Akrobatika gimnastikası üzrə 3 Azərbaycan hakimi beynəlxalq dərəcə alıb. Beynəlxalq Gimnastika Federasiyasının Ukraynada keçirilmiş imtahanlarının nəticələrinə görə, Adıgözəl Rəcəbov 3-cü, İradə Qurbanova və Lalə Abdullayeva 4-cü beynəlxalq breve dərəcəsi qazanıb. Onlar bundan sonra akrobatika üzrə keçiriləcək beynəlxalq turnirlərdə iştirak edə biləcəklər.



- Sentyabrın 9-da İstanbulda karatenin şotakan növü üzrə Avropa çempionatının startı veriləcək. Azərbaycan çempionatda 20 idmançı ilə təmsil olunacaq. Turnir sentyabrın 11-dək davam edəcək.
XS
SM
MD
LG