Səs: Real audio
Prezident İlham Əliyev 2006-cı ildə dövlət büdcəsinin ən azı 3 milyard 500 milyon dollar olacağını bildirir Oktyabrın 1-dən minimum əmək haqqı 150 min manat olacaq. Bunu sentyabrın 8-də Lənkəranda keçmiş prezident Heydər Əliyevə qoyulmuş heykəlin açılış mərasimində dövlət başçısı İlham Əliyev söylədi. Onun sözlərinə görə, bundan sonra da əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılacaq. Prezident bütün bölgələrdə xəstəxanaların təmir olunacağını da bildirdi: «Dövlətin buna imkanı var».
O, 2006-cı ildə dövlət büdcəsinin ən azı 3 milyard 500 milyon dollar olacağını vurğuladı.
Qarşıdan gələn parlament seçkisinə toxunan dövlət başçısı, xalqın öz layiqli namizədlərinə səs verəcəyinə ümid etdiyini sözlərinə əlavə etdi.
Cənab Əliyevin sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində hələlik Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir nəticə yoxdur: «Ancaq Azərbaycan hərbi baxımdan Ermənistan üzərində çox böyük üstünlüyə malikdir. Torpaqlar hansı yolla olur-olsun azad edilməlidir».
İ.Əliyev Lənkəranda Regional Müalicə-Diaqnostika Mərkəzinin təməlini qoydu, tikilməkdə olan stadionla maraqlandı. Məlumat üçün bildirək ki, stadion 15 min yerlikdir, onun inşasına 15 milyon dollara qədər vəsait sərf olunacaq.
Astarada isə dövlət başçısı bir sıra obyeklərə - qaz-kompressor stansiyası və konserv zavoduna baş çəkdi, modul tipli yeni elektrik stansiyanın təməlqoyma mərasimində iştirak etdi.
Bu dəqiqələrdə İ.Əliyev Lerik rayonuna gedir. Dövlət başçısının cənub bölgəsinə səfərinin sentyabrın 9-da başa çatması gözlənilir.