Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:03

Rəsul Quliyev haqqında həbs qərarı qüvvədə qaldı


Səs: Real audio
ADP sədrinin səlahiyyətli nümayəndəsi Eldar Salayev qərardan apellyasiya şikayəti verəcəklərini bildirir Eks-spiker, ADP sədri və deputatlığa namizəd Rəsul Quliyev haqqında 2000-ci ilin oktyabrın 10-da çıxarılmış həbs qətimkan tədbiri qüvvəsində saxlanıb.



Sentyabrın 8-də Səbayel rayon Məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə keçən iclasda bu barədə qərar çıxarılıb.



Bunu cənab Quliyevin vəkili Osman Kazımov deyir.



Eks-spikerin səlahiyyətli nümayəndəsi Elman Salayev isə qərardan apellyasiya şikayəti verəcəklərini bildirir. Onun sözlərinə görə, sentyabrın sonuna qədər ADP sədri Azərbaycana gələcək: «Onda Rəsul Quliyev haqda qərarı da xalq verəcək».



Eks-spikerin deputatlığa namizədliyi 34 saylı Xətai dördüncü seçki dairəsindən qeydiyyata alınsa da, Baş Prokurorluq onun toxunulmazlıq hüququnu ləğv edib və Daxili İşlər Nazirliyinə 2000-ci ildə çıxarılımış həbs qərarını icra etməyi tapşırıb.



R.Quliyevin vəkili həbs qətimkan tədbirinin dəyişdirilməsi və toxunulmazlıq hüququnun bərpa edilməsi ilə bağlı iddia irəli sürmüşdü.



Cənab Quliyev küllü miqdarda dövlət əmlakını talamaqda təqsirləndirilir.
XS
SM
MD
LG