Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:35
Rubrikalar

"Azəriqaz" qışda daha çox qaz vəd edir


Səs: Real audio
600 min hektardan artıq torpaq yararsız haldadır - Azərbaycanda ehtiyat qaz anbarlarının həcmi 3 dəfə artırılacaq



"Azəriqaz" şirkətinin mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda Azərbaycandakı bütün anbarların tutumu 1 milyard kubmetrdir. Bunun da 70 faizi – 700 milyon kibmetri artıq doldurulub. Qalanının isə ilin sonunadək doldurulması nəzərdə tutulub.



Əgər mavi yanacağın anbarlara vurulması problemsiz ötüşərsə, bu qış mövsümü əhaliyə ötən ilkindən daha çox qaz veriləcək.



Yeraltı anbarların həcmini 3 milyard kubmetrə çatdırmaq üçün isə texniki-iqtisadi əsaslandırma artıq hazırdır və təsdiqlənmək üçün Nazirlər Kabinetinə göndərilib.



- Azərbaycan əhalisinin istilik təminatına görə xərcləri 2010-cu ildə 10 dəfədən çox artacaq. Hazırda orta Azərbaycan ailəsi büdcəsinin 1.8 faizini işığa, 1 faizdən azını isə istilik və suya xərcləyir.



Avropa Yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, 2010-cu ildə əhali gəlirlərinin 2 faizini işığa, 7 faizini suya, 11 faizdən çoxunu isə evlərin istiliklə təmin olunmasına sərf edəcək.



- Prezident İlham Əliyev Xaçmaz rayonunda elektrik yarımstansiyasının qurulması haqqında qərarı təsdiq edib. Yarımstansiya Asiya İnkişaf Bankının ayıracağı 13.5 milyon dollarlıq kredit hesabına tikiləcək. Kredit 12 ilə 6 faizlə ayrılır.



- Milli Bankdan verilən məlumata görə, 1 dollar 4 603, 1 avro 5 739, 1 rubl isə 163 manatdır.
XS
SM
MD
LG