Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

«Azərbaycan torpaqları şoranlaşır»


Səs: Real audio
600 min hektardan artıq torpaq yararsız haldadır «Bakı-Xəbər» qəzetindəki «Aland modeli» daha çox kimə sərf edir» başlıqlı məqalədə Malik Hüsüyev yazır ki, hazırda Finlandiyanın Aland adalarında Azərbaycan, Gürcüstan və Dağlıq Qarabağın qeyri-hökumət təşkilatlarının nümayəndələri və politoloqlar münaqişənin həlli yolları ilə bağlı fikir mübadiləsi aparırlar. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross Dağlıq Qarabağ (DQ) münaqişəsinin həlli ilə bağlı referendum keçirilməsindənsə, «Aland modeli»nin tətbiqini təklif edir. Məqalədə bildirilir ki, bu modelə görə, DQ xarici siyasət, hərbi qüvvələrin saxlanması və digər strateji məsələlərdə müstəqil siyasət yürütməyəcək.



«Yeni Azərbaycan» qəzetindəki «BTC Aktao-Bakı-Tbilisi-Ceyhan boru xəttinə çevrilir» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, artıq BTC istismara hazırdır və boru kəmərinin doldurulması üçün 10 milyon barrel neft tələb olunur. Qazaxıstan neftinin kəmərlə nəqli ilə əlaqədar iki ölkə nümayəndələri arasında 15-dən artıq görüş keçirilib. Müəllif yazır ki, Qazaxıstan neftinin 2008-2009-cu illərdə müvafiq marşrut üzrə Aralıq dənizinə, oradan da Avropaya nəqli artıq reallıq təsiri bağışlayır.



«Ayna» qəzetindəki «Azərbaycan torpaqları şoranlaşır» başlıqlı məqalədə Nailə İsmayılova yazır ki, artıq ekoloqlar həyəcan təbili çalırlar. Onların hesablamalarına görə, hazırda ölkə ərazisindəki torpaqların 600 min hektardan artığı şoranlaşıb. Prosesin davam etdiyinə diqqət edən ekoloqlar, bir neçə ildən sonra bu məsələnin ölkə üçün qlobal problemə çevriləcəyini deyirlər. Məqalədə bildirilir torpaqlar şiddətli, orta və alt şoranlaşmış olmaqla üç qrupa bölünür.
XS
SM
MD
LG