Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:09
Rubrikalar

«Azərneft» səfərə hazırlaşır


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir - Bakıda otüstü xokkey üzrə qadınlar arasında Avropa milli komandalarının "Trofi" Kuboku yarışları davam edir.



İlk turda Azərbaycan yığması Uels xokkeyçilərinə 3-1 hesabı ilə qalib gəlib. Milli komandanın növbəti görüşü sentyabrın 7-də Belarus yığması ilə olacaq.



Turun digər oyunlarında isə Rusiya Polşanı 5-0, İtaliya Belarusu 2-1 hesabı ilə məğlub edib. Belçika–Litva görüşündə qalib müəyyənləşməyib. Komandalar meydanı 2 -2 hesabı ilə tərk ediblər.



- Azərbaycanın sambo üzrə yığma komandası sentyabrın 11-14-də Moskvada keçiriləcək “A” kateqoriyalı beynəlxalq turnirdə iştirak edəcək. Azərbaycanı bu yarışda baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi ilə Elçin Mayılov, Hakim Nəzərəliyev, Habil Məsməliyev və Zabil Fərhadov təmsil edəcəklər.



- Kişilərdən ibarət «Azərneft» voleybol komandası səfərə hazırlaşır. Otən ilki ölkə çempionatının gümüş mükafatçıları sentyabrın 11-də Qazaxıstanda start götürəcək beynəlxalq «Nazarbayev Kuboku» turnirində iştirak edəcəklər.



Respublika Voleybol Federasiyasından verilən məlumata görə, «Azərneft» bu yarışda Türkiyə, Ukrayna, Rusiya və Qazaxıstan klubları ilə mübarizə aparacaq. Turnir sentyabrın 19-da başa çatacaq.
XS
SM
MD
LG