Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:31

«Azadlıq» bloku təşviqat üçün şəraitdən narazıdır


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının yaratdığı «Azadlıq» seçki bloku Bakı Şəhər İcra Hakimiyyətinin deputatlığa namizədlərin təşviqat hüququnu məhdudlaşdırması ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) və məhkəməyə müraciət etməyə hazırlaşır.



AXCP sədri Əli Kərimli belə deyir. Onun sözlərinə görə, namizədlərin platformalarını yerləşdirmək üçün ayrılan yerlər şagird dəftərindən böyük deyil. Cənab Kərimli həmçinin MSK-nın deputatlığa namizədlərin seçicilərlə görüşünü yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmaları barədə təlimatından narızıdır: «Bu, qanunun pozulmasıdır».



Eyni tələblə Sosial Demokrat, Milli Hərəkat və Milli İstiqlal partiyalarının yaratdığı «Yeni Siyasət» seçki bloku da məhkəməyə müraciət etməyə hazırlaşır. Bu haqda blokun üzvlərindən biri Eldar Namazov keçirdiyi mətbuat konfransında deyib.



Bu arada onu da bildirək ki, «Azadlıq» bloku Lalə Şövkət Hacıyevanın rəhbərlik etdiyi Milli Birlik Hərəkatı və «Yeni Siyasət» seçki blokuna parlament seçkisində əməkdaşlıqla bağlı saziş layihəsi göndərib. Razılıq əldə olunarsa, sənədin yaxın günlərdə imzalanacağı gözlənilir.
XS
SM
MD
LG