Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir «Yeni Fikir» Gənclər Təşkilatının üzvləri aclıq aksiyasını dayandırdılar. Bu haqda qurumun beynəlxalq əlaqələr üzrə koordinatoru Səid Nuriyev bildirdi. Onun sözlərinə görə, aksiya təşkilat üzvlərinin «Azadlıq» seçki blokunun sentyabrın 10-da keçirmək istədiyi yürüş-mitinqə qatılmaq istəkləri ilə bağlı dayandırılıb.
Cənab Nuriyev gələn həftədən aksiyanı başqa formada davam etdirəcəklərini söyləyir.
«Yeni Fikir» Gənclər Təşkilatının üzvləri avqustun 31-dən aclıq edirlər. Onların əsas tələbi qurumun sədri Ruslan Bəşirlinin azad edilməsi və təşkilat fəallarına qarşı təzyiqlərə son qoyulmasıdır.
«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli bu il avqustun 3-də həbs edilib. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa girərək, onlardan pul almaqda ittiham olunur. Cənab Bəşirli haqda Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) cinayət işi açılıb.