Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:02

«Yüksək rütbəli hərbçilərə hökm oxundu»


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir «Bakı -Xəbər» qəzetindəki «Hakimiyyət «ekzit-pol» davasını uduzdu» başlıqlı məqalədə Razi Tağı yazır ki, bir neçə ay bundan öncə ABŞ parlament seçkisində «ekzit-pol» keçirmək niyyətini açıqlayandan sonra hakimiyyət ciddi - cəhdlə bunun qarşısını almağa səy göstərdi. Hətta «ekzit-pol»u şübhə altına alan əsaslar da axtarıldı. Məqalədə bildirilir ki, «ekzit-pol» keçirəcək təşkilatın adının açıqlanması hökumətin bu davanı uduzduğunu göstərdi. Müəllif yazır ki, seçki kampaniyasının birinci mərhələsinin sonunda prosesə nəzarət imkanlarını itirən hakimiyyətin seçki strategiyası indi tatamilə qeyri-müəyyən görünür.



«Üç nöqtə» qəzetindəki «Yüksək rütbəli zabitlərə hökm oxundu» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, onlara 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası verilib. Məqalədə bildirilir ki, hərbçilər təxminən 70 çağırışçını hərbi xidmət keçməkdən yayındırmaqda, eləcə də vəzifə saxtakarlığı, rəmsi sənədləri saxtalaşdırma və çağırışçılardan 119 min ABŞ dolları məbləğində rüşvət almaqda günahlandırılırdılar. Müəllif yazır ki, 30 nəfərə yaxın keçmiş hərbçiyə üst-üstə 50 ilə qədər iş kəsilib.



«Yeni Azərbaycan» qəzetindəki «Ermənistanda siyasi böhran yaranıb» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Konstitusiyaya dəyişikliklərlə bağlı referendum ərəfəsində ölkədə vəziyyət gərginləşib. Buna səbəb referendumdan sonra iqtidarın hızırkı dövlət başçısının səlahiyyət müddətinin artırılması təşəbbüsü ilə çıxış etmək ehtimalıdır. Məqalədə bildirilir ki, 1998-ci ildən Ermənistana rəhbərlik edən Robert Koçaryan 2003-cü ildə yenidən prezident seçilərkən beynəlxalq ictimaiyyət seçkinin nəticələrini şübhə altına almışdı. Bu yaxınlarda isə ABŞ-ın Ermənistandakı səfiri deyib ki, Birləşmiş Şatatlar 2007-ci il parlament və 2008-ci il prezident seçkilərinin azad və ədalətli olması üçün əlindən gələni edəcək.
XS
SM
MD
LG