Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 11:16

Teatr mövsümünə az qalır


Səs: Real audio
ATƏT sədri «inanıram ki, təkmil olmayan məsələlər aradan qaldırılacaq» deyir Gənc Tamaşaçılar Teatrı yeni mövsümü “Zorro” və “Mənim ağ göyərçinim” tamaşaları ilə açacaq.



Teatrın direktoru Kamal Həbiboğlunun sözlərinə görə, sentyabrın 25-də nümayiş olunacaq hər iki tamaşanın rejissoru Loğman Kərimovdur. Bir gün əvvəl isə – sentyabrın 24-də “Tayna” və “O jenşinı, jenşinı” tamaşaları rus dilində tamaşaçılara təqdim olunacaq.



- Sentyabrın 24-də rus bölməsi Alla Axundovanın “Tayna” və Haqverdiyevin “O jenşinı, jenşinı” tamaşası ilə mövsümü açacaq. Hər iki tamaşa rus dilində olacaq.



Azərbaycan Dövlət Gənclər Teatrı isə tamaşaçıların görüşünə “Kərbalada doğan günəş” adlı 2 hissəli tarixi dramla gələcək. Tamaşa sentyabrın 19-da səhnəyə çıxarılacaq. Teatrın icraçı direktoru Həsən Həsənov belə deyir.



- Mövsüm Oqtay Altunbayın “Kərbalada doğan günəş” adlı 2 hissəli tarixi dramla açılacaq. Tamaşa İmam Hüseynin həyatından bəhs edir. Tamaşanın quruluşçu rejissoru Hüseynağa Atakişiyevdir.
XS
SM
MD
LG