Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:58
Rubrikalar

Bakıda otüstü xokkey üzrə beynəlxalq turnir start götürdü


Səs: Real audio
Fuad Ələsgərov: «Çox güman ki, hakimlərin sayını artırmalı olacağıq» - Sentyabrın 5-də Bakıda otüstü xokkey üzrə ənənəvi beynəlxalq turnir başlayıb.



Otüstü xokkey üzrə Avropa çempionatının "Trofi" Kuboku uğrunda yarışda Azərbaycanla yanaşı Belçika, Polşa, İtaliya, Rusiya, Belarus və Uels komandaları da iştirak edir.



8 komandanın 2 yarımqrupda mübarizə aparacağı yarış sentyabrın 11-dək davam edəcək.



- Azərbaycanın karate üzrə yığma komandası sentyabrın 5-də Türkiyəyə yola düşüb. Azərbaycan karateçiləri sentyabrın 9-dan 11-dək İstanbulda keçiriləcək karatenin şotakan növü üzrə növbəti Avropa çempionatında güclərini sınayacaqlar.



Yarışlar kata və komite üslubları üzrə uşaqlar, yeniyetmələr və gənclər, həmçinin kişilər və qadınlar arasında keçiriləcək. Bu çempionatda Azərbaycanı baş məşqçi Hidayət Şabanovun başçılığı ilə bütün yaş qruplarından ümumilikdə 20-dən çox idmançı təmsil edəcək.



- Məşqçi Ağayar Axundovun rəhbərlik etdiyi cüdo üzrə milli komanda isə sentyabrın 8-də Misirdə start götürəcək yarışa yola düşüb.



Mütəxəssislərin fikrincə, Azərbaycan yığmasının tərkibində qızıl medala ən şanslı namizəd üçqat Avropa çempionu Elçin İsmayılovdur.



Azərbaycan cüdoçularından heç kim indiyə qədər dünya çempionatının birinci mükafatını qazana bilməyib.



- Sentyabrın 19-da kikboksun “vako” versiyası üzrə Mərakeşdə dünya çempionatı start götürür. Bu yarışda Azərbaycanı 8 idmançı - Emil Kərimov, Eduard Məmmədov, Rəhim Allahverdiyev, Şamil Şərifov, Araz İsmayılov, Ehram Məcidov, Vüsal Əliyev və Hafiz Baxşəliyev təmsil edəcək.



Çempionat sentyabrın 24-dək davam edəcək.



- Sentyabrın 7–də Azərbaycanın milli futbol komandası Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Avstriya yığmasını qəbul edir. Dünya çempionatının təsnifat mərhələsinə aid olan bu qarşılaşma Bakı vaxtilə saat 21-də başlayacaq.



Azərbaycan yığmasının bundan əvvəlki rəqibi isə Şimali İrlandiya komandası idi. Vaqif Sadıqovun yetirmələri sentyabrın 3-də səfərdə keçən həmin oyunda 0-2 hesabi ilə məğlub olublar.



Azərbaycan milli komandası artıq dalbadal 16 oyundur ki, qələbə qazana bilmir. Hazırda komanda 2 xalla öz qrupunda sonuncu yerdədir.
XS
SM
MD
LG