Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:20
Rubrikalar

Cənubi Qafqazda ordu quruculuğu


Səs: Real audio
Namiq Feyziyev başında və mədəsində ağrılar hiss edir - Bakıda hətta ən bədbin ekspertlər də razıdırlar ki, Azərbaycan ordusu 10 il əvvəlki ordu deyil. Xüsusən qeyd olunur ki, ayrı-ayrı siyasi qüvvələrə tabe olan batalyonlar dövrü çoxdan arxada qalıb. Vahid ordunun NATO standartlarına uyğunlaşdırılması prosesi gedir. Zabit heyəti hərbi məktəb bitirən peşəkarlardan formalaşdırılır, çağırışçıların ordudan yayınma halları azalıb.



Orduya ayrılan pullar da sürətlə artır. Bu ilki hərbi xərclər 300 milyon dollardır. Gələn il isə prezident İlham Əliyevin bildirdiyinə görə, bu məbləğ təxminən 2 dəfə artırıla bilər.



Amma bütün bunlar hələ o demək deyil ki, Azərbaycan ordusundakı problemlərin hamısı həll edilib. Məsələn, dinc şəraitdə ölüm hadisələri kimi.



Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Cəmiyyətinin sədri Ələkbər Məmmədov deyir ki, ehtiyatsızlıq ucbatından özünü və ya əsgər yoldaşını qətlə yetirmə kimi sənədləşdirilən hadisələrlə bağlı şikayətlər var. O düşünür ki, hərbi hissələrdə törədilən bir çox qətl hadisələri bu adlarla ört-basdır edilir, cinayətin günahkarları isə cəzasız qalır.



Ələkbər Məmmədov Müdafiə Nazirliyini orduda baş verən ölüm hadisələrinin sayını gizlətməkdə də günahlandırır. Amma onun ittihamlarını nazirlikdə qəbul etmirlər.



Müdafiə Nazirliyinin mövqeyi belədir ki, ölüm halları dünyanın bütün ordularında baş verir və bunu xüsusi olaraq qabartmağa ehtiyac yoxdur.



Nazirliyin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov deyir ki, bəzi qeyri-hökumət təşkilatları müxalifət partiyaları ilə əlbir olub əsgər ölümlərindən iqtidara qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. O, bəzi valideynlərin də şikayətlərini qərəzli sayır.



- NATO ilə əməkdaşlıq haqqında saziş imzalanandan sonra Gürcüstan hökuməti ordunun büdcəsini 8 dəfə artırıb. Artım hərbçilərin əmək haqqında, təminat və təchizatında, nəhayət, ordunun imicində də özünü göstərir. ABŞ-la birgə təşkil olunan bahalı təlimlər gənclərin hərbə marağını artırıb. Amma Gürcüstanda hələ o qədər də nüfuzu olmayan hərbi hissələr də var ki, onların lazımi səviyyəyə çatması üçün azı 2 il lazımdır.



- Ermənistanda da orduda qəddarlıq haqda eşitdikləri gəncləri hərbi xidmətdən qaçırır. Azərbaycan Müdafiə Nazirliyi orduda ölüm halları barədə məlumatın hərbi sir olduğunu deyib gizlətsə də, Ermənistanda bu məlumat açıqdır:



1998-ci ildə 9 nəfər, 2000-ci ildə 10 nəfər, 2001-ci ildə 6 nəfər, 2002-ci ildə 9 nəfər, 2003 və 2004-cü illərdə isə 10 nəfər. Bu rəqəmlər xidmətdə olarkən intihar edən erməni əsgərlərinin sayıdır. Siyahını Ermənistan Hərbi Prokurorluğu dərc edib.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG