Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 23:41

Nazim İbrahimov: «Gürcüstan azərbaycanlıları didərgin düşə bilərlər»


Səs: Real audio
Gürcüstanın münaqişələrin həlli üzrə dövlət naziri Georgi Xaindrava deyilənləri təəccüblə qarşıladığını deyir Gürcüstanda yaşayan azərbaycanlılar yurd-yuvalarından didərgin düşə bələrlər.



Bunu Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov sentyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirdi. Onun sözlərinə görə, bu, real bir təhlukədir:



«Əgər Azərbaycandakı bütün qüvvələr səylərini birləşdirməsələr, onda bunun qarşısını almaq mümkün olmayacaq».



O, bu məsələdə ölkə daxilindəki bəzi qüvvələrin də maraqlı olduğunu deyir. Nazim İbrahimov bildirir ki, bu qüvvələr Gürcüstandan çıxarılmış azərbaycanlıların narazılığından siyasi məqsədlərlə, o cümlədən hakimiyyət dəyişikliyində istifadə etmək istəyirlər.



Komitə sədrinin sözlərinə görə, Gürcüstanda azərbaycanlıların əvvəllər də problemi olub, indi də var. Bu problemlər əsasən azərbaycanlıların torpaq islahatından kənarda qalmaları, ana dillərində yüksək səviyyədə təhsil ala bilməmələri və Gürcüstan cəmiyyətinə inteqrasiya olunmamaları ilə bağlıdır. Problemlər həll edilmədikcə onlar da ümidlərini itirməli olurlar.



Nazim İbrahimov deyir ki, yaxın günlərdə bütün bu problemlərin həlli ilə bağlı dövlət başçısı qarşısında təkliflərlə çıxış etmək niyyətindədir.



Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze isə hesab edir ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri təqdim olunduğundan xeyli fərqlidir. Əslində, Gürcüstan vətəndaşı olan azərbaycanlıların problemləri daim hökumətin diqqətindədir:



"Eyni problemlərlə Azərbaycanda yaşayan gürcülər də qarşılaşırlar. Və biz onları da həll etmək istərdik. Hər iki tərəfi narahat edən bütün bu məsələlər hamısı yüksək səviyyədə, o cümlədən prezidentlər və baş nazirlər səviyyəsində müzakirə edilir. Mənə elə gəlir ki, həmin məsələlər həll edilə biləndir və həll olunur da. Ancaq məsələnin "azərbaycanlıları Gürcüstanda sıxışdırırlar" şəklində qoyulması həqiqətə və Gürcüstan hökumətinin yeritdiyi siyasətin ruhuna ziddir".



Cənab Qumberidze ümüd edir ki, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də həmin problemlərin hökumətlər səviyyəsində həll olunmasını istəyir. Bununla belə, o, Gürcüstan-Azərbaycan münasibətlərinin pozulmasında bəzi kənar qüvvələrin maraqlı olduğunu istisna etmir.



Gürcüstanın milli münaqişələrin həlli üzrə dövlət naziri Georgi Xaindrava deyilənləri təəccüblə qarşıladığın deyir:



«Mən bunu eşitməyimə təəccüblənirəm. Kim Gürcüstan azərbaycanlılarına təzyiq edə bilər ki? Əgər qaçaqmalçılıqla bağlı son epizodlar nəzərdə tutulursa, bu, tək etnik azərbaycanlılara aid deyil. Buna görə son vaxtlar çox tənqid olunuruq, amma heç kim başa düşmək istəmir. Biz qaçaqmalçılıqdan canımızı qurtarmalıyıq, ona görə də sərhədləri bağlamalı oluruq».



O, bu səbəbdən Azərbaycan kəndlərində bir neçə xoşagəlməz hadisə olduğunu deyir: «Bu, ümumi problemdir, etnik problem deyil və «azərbaycanlılara Gürcüstanda yaşamaq çətindir» söyləmək absurddur!».



«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov da deyir ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri həmişə olub. Bu baxımdan, o hesab edir ki, birdən-birə bu problemlərin belə kəskinliklə qaldırılması iki ölkənin hökumətləri arasında münasəbitlərin yaxşı olmamasından xəbər verir.



Rauf Mirqədirovun sözlərinə görə, tərəflər öz soydaşlarından bir-birlərinə təzyiq kimi istifadə etmək istəyirlər. Onun fikrincə, bu bəyanat həmçinin ölkə daxilinə yönəlib. Burada isə məqsəd seçkilər ərəfəsində əhalinin diqqətini kənar problemlərə yönəltmək
XS
SM
MD
LG