Səs: Real audio
«Yeni Fikir» fəalları onlara qarşı aparılan təqiblərə də etiraz edirlər Avqustun 31-də «Yeni Fikir» Gənclər Təşkilatının (GT) üç üzvü qurumun sədri Ruslan Bəşirlinin azad edilməsi və onlara qarşı aparılan təqiblərin dayandırılması tələbilə aclıq aksiyasına başlayıb. Aksiyaya sentyabrın 1-dən daha iki nəfər qoşulacaq. Bunu aclıq edənlərdən biri – «Yeni Fikir» GT-nin İdarə Heyətinin üzvü Namiq Feyziyev deyir.
Təşkilat üzvləri aksiya ilə bağlı ABŞ və Norveçin Azərbaycandakı səfirlikləri, ATƏT-in Bakı Ofisi və digər beynəlxalq təşkilatlara müraciət etdiklərini bildirirlər.
«Yeni Fikir» GT-nin sədri Ruslan Bəşirli bu il avqustun 3-də həbs edilib. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyəti zorla ələ keçirmə və onu saxlama) təqsirləndirilir. Rəsmi ittihama görə, cənab Bəşirli Tbilisidə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa girərək onlardan iki min ABŞ dolları alıb. «Yeni Fikir» təmsilçiləri isə söylənənləri qurumun mövcud hakimiyyətə qarşı radikal mübarizəsinə xələl gətirmək cəhdi kimi qiymətləndirirlər.