Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:22

Seçici barmağını mürəkkəbləməlimi, mürəkkəbləməməlimi?


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir Xırda görünən bu mübahisənin bir ucu da ötən həftə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri ilə YAP rəhbərliyi arasındakı danışıqlarda görsəndi.



AŞPA sədri Rene van der Linden YAP rəhbərliyi ilə görüşündə bir seçicinin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün həmin üsulun gərəkliyini bildirdi. YAP-ın icra katibi Əli Əhmədov seçici vəsiqəsinin bəs etdiyini dedi.



"Rəngli Səslər"in bu dəfəki iştirakçıları:



- Yeni Azərbaycan partiyasının icra katibinin müavini Mübariz Qurbanlı;



- Müsavat partiyası başqanının müavini Arif Hacılı;



- Avropa Liberal Gənclər Təşkilatının nümayəndəsi kimi Azərbaycandakı seçkiləri müşahidə edəcək Yanki Pürsün.



YAP fəalı Mübariz Qurbanlı bu məsələdə əhalinin mentalitetini nəzərə almağı məsləhət görür. O, bu tədbirin qadınların aktivliyinə əngəl törədəcəyini bildirir:



"Əvvəlki seçkilərdə seçicilərin bir neçə dəfə səs verməsi faktı təsdiq olunmayıb. Bu, yalnız şayiə formasında yayılmaqdadır. Və bunu da yayan seçkilərdə məğlub olmuş müxalifət partiyalarıdır. Çünki, müxalifət öz məğlubiyyətini hansısa formada öz tərəfdarlarına izah etməlidir...



Barmağa hansısa bir işarə vurulması. Biz geridə qalmış bir ölkə deyilik. Biz sivil bir cəmiyyətdə yaşayırıq. İnsanlarımız da şüurlu insanlardır. İndi hardasa tətbiq olunursa, biz qayıdıb hamısını necə var elə təkrar etməliyik? Ələ mürəkkəb vurmaq belə vacibdirsə, qoy Birləşmiş Ştatlar və Böyük Britaniyada da vursunlar da.



Mən bir dəfə demişəm, yenə də deyirəm: həqiqətən də insanlar barmağına nəyinsə vurulmasına tərəfdar olmayacaqlar. Biz bizim insanların xarakterini bilirik".



Müsavat partiyası başqanının müavini Arif Hacılı: ""Karusel sistemi" [bir seçicinin bir neçə dəfə səs verməsi] adətən "gürcü karuseli" adlanır. Çünki ilk dəfə bu, Şevardnadze hökuməti tərəfindən tətbiq olunub. Sonradan Azərbaycan hakimiyyəti bunu seçkiləri saxtalaşdırmaq vasitəsi kimi Gürcüstandan qəbul edib. Və istər 2000-ci ilin parlament, istərsə də 2003-cü ilin prezident seçkilərində bu vasitədən çox geniş şəkildə istifadə olunub...



Əgər hakimiyyət dairələri "karusel sistemi"ndən istifadə etmək niyyətində deyilsə, onda bu təklifə [barmağa gün ərzində yuyulmayan mürəkkəbin sürtülməsi] razı olmalıdırlar. Əgər onlar bu təklifə razı olmurlarsa, onu inkar edirlərsə, deməli, onlar "karusel sistemi"ni yenidən tətbiq etmək niyyətindədirlər...



Bu məsələnin qətiyyən mentalitetə aidiyyəti yoxdur. Yəni, bu, sadə bir demaqoqiyadır... Azərbaycan vətəndaşlarına ən böyük hörmətsizlik onların seçki hüququnun əlindən alınması, onların əvəzinə səs verilməsi, onların səslərinin oğurlanmasıdır... Düşünmürəm ki, Azərbaycanın hansısa bir vətəndaşı səsvermədə onun barmağının mürəkkəblə rənglənməsini özünə təhqir hesab edə bilər".



Yanki Pürsün: "Azərbaycanda olacaq noyabr seçkilərində barmaqların işarələnməsindən başqa bir imkan görmürəm...



Azərbaycanda seçici vəsiqələri 5-10 il mövcud olsaydı, ona ictimai inam olsaydı, o zaman problem olmazdı. Amma seçici vəsiqəsi kimidə var, kimidə yoxdur. O, kiməsə veriləcək, kiməsə yox. Buna şübhələr var... Onun üçün seçici vəsiqələri yetərli deyil. Barmaq izi daha yaxşıdır. Azərbaycanda demokratik seçkilər üçün Qərbin, Birləşmiş Ştatların istədiyi budur".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG