Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:46

Orta məktəblərdə rus dilinin tədrisi azaldılır


Səs: Real audio
Elçin Behbudov: «İşgəncələr sırasında ayaqların altına dəyənəklə vurma, ayaqdan asma, başa əleyhqaz keçirilməsi, bədənə elektrik cərəyanı buraxılması və s. üstünlük təşkil edir» - Kitablarımızın çoxu Kiril qrafikası ilədir. Heç olmasa buna görə biz rus dilini bilməliyik. Yəni, məktəblərdə rus dilinin tədrisi vacibdir.



- Rus dilini tamamilə ləğv etsələr, bu bizi narahat edər. Amma hələ az da olsa keçirlərsə, bu bizi qane etməlidir.



- Məktəblərdə idman, əmək dərslərini yaxşı keçmirlər. Bu dərslərin yerinə rus dili keçsələr, daha yaxşı olardı.



Bu tədris ilində də orta məktəblərdə rus dili dərsinin saatları azaldılıb. Tədris planına əsasən, bu il 5, 6, 7, 8-ci sinif şagirdləri həftədə 2 dərs, 10 və 11-ci sinif şagirdləri isə 1 dərs rus dilini fakültativ məşğələ formasında keçəcəklər. Yəni, bu məşğələlərə gəlmək şagirdin öz öhdəsinə buraxılacaq.



Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə orta məktəblərdə rus dilinin tədrisinin tədricən azaldılmasını dövrün tələbi kimi izah edir:



- Bir qrup insanlar arasında haqsız narahatlıq yaranıb ki, biz rus dilini ləğv etmişik. Biz dili ləğv etmirik, bu, zamanın tələbidir. Bir azərbaycanlı, vətənpərvər kimi biz bu addımı nə vaxtsa atmalı idik. Ömrümüz boyu rus dilini sürüyə-sürüyə dalımızca apara bilmərik. Bu, mümkün deyil.



Bayram Hüseynzadənin sözlərinə görə, şagirdlər ədəbiyyat sarıdan da əziyyət çəkməyəcəklər. Çünki:



- Artıq dövlət bu istiqamətdə bir neçə addımlar atıb. Bir neçə nəşriyyatlara tapşırıqlar verilib. Dövlət səviyyəsində vəsait ayrılıb, 100-lərlə kitablar nəşr olunur. Yəni, bu problem artıq qismən öz həllini tapıb.



Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə orta məktəblərdə rus dili dərslərinin azaldılmasını düzgün addım hesab etmir:



- Mən buna müsbət münasibət bəsləmirəm. Çünki rus dili MDB məkanında ən populyar, vacib dillərdən biridir. Bizdə bir tendensiya var ki, bütün güc ingilis dilinin öyrənilməsinə verilir. Amma bu xalqa rus, fransız, alman dilli diplomatlar da lazımdır. Sosial sifarişi, valideynin, şagirdin marağını nəzərə alaraq rus dilinin tədrisinin saatları artırılmalıdır.
XS
SM
MD
LG