Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:11

Baş Prokurorluq Rəsul Quliyevin toxunulmazlığını ləğv edib<p align=`left`><br><br>


Səs: Real audio
Azərbaycana qayıtdığı təqdirdə o, həbs ediləcək Baş prokuror Zakir Qaralov deputatlığa nəmizəd Rəsul Quliyevin üzərindən namizədlərə şamil olunan toxunulmazlığın götürülməsi haqqında qərar çıxarıb. Və barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Daxili İşlər Nazirliyinə tapşırıq verib.



Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Rəsul Quliyev 1990-1995-ci illərdə «Azərneftyağ» zavodunun direktoru işlədiyi dövrdə 107 milyon ABŞ dolları məbləğində dövlət əmlakını mənimsəyib.



Baş Prokurorluğun məlumatına görə, 2000-ci ildə Rəsul Quliyev haqqında axtarış elan edilib.



Azərbaycan Demokrat partiyası [ADP] isə baş prokurorun bu qərarını Seçki Məcəlləsinə və konstitusiyaya zidd sayır. ADP-nin baş katibi Sərdar Cəlaloğlu:



"Respublika prokurorunun bu addımı hər şeydən əvvəl ölkə başçısı İlham Əliyevin seçkilərlə bağlı sərəncamına ziddir. Həmin sərəncamda icra strukturlarının seçki prosesinə qarışmasının qarşısının alınması ilə bağlı ayrıca maddə var. Lakin bir icra strukturunun başçısı kimi Zakir Qaralov açıq şəkildə seçki prosesinə qarışır".



Demokrat partiyası sözügedən qərarla bağlı avqustun 29-da Səbayel rayon Məhkəməsinə və prezident İlham Əliyevə müraciət edəcək.



ADP sədri Rəsul Quliyevin namizədliyi avqustun 27-də axşam 36 saylı Xətai 4-cü seçki dairəsindən rəsmi qeydə alınıb.
XS
SM
MD
LG