Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:53

Seçki Məcəlləsinə dəyişiklik edilə bilərmi?


Səs: Real audio
10-15 nəfər idmançı görünüşlü şəxs yürüşçülərə hücum etdi «Panorama»nın bu dəfəki qonağı Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Musa Quliyevdir. Söhbətdə «Azərbaycan» və «Zerkalo» qəzetlərinin əməkdaşları – Samir Elmanoğlu və Azər Rəşidoğlu da iştirak edir.



Bu dəfə «Panorama»da Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Lindenin Azərbaycana səfərinin yekunlarına toxunulur. Söhbət əsnasında bildirilir ki, cənab Linden Seçki Məcəlləsinə yenidən dəyişiklik edilməsi məsələsini gündəliyə gətirib. Xüsusilə də seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi və yerli qeyri-hökumət təşkilatlarına müşahidəçilik üçün bütün imkanların yaradılması mövcud qanunvericilikdə dəyişiklik tələb edir.



Hakim partiyanın nümayəndəsi Musa Quliyev isə deyir ki, hakimiyyət bu tövsiyələri yeri gəldi-gəlmədi həyata keçirmək niyyətində deyil: «Hər şey dövlətin və xalqın istəyindən asılı olacaq».



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG