Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:32

ABŞ dövlət katibi prezidentlərin Kazan görüşü ilə maraqlanıb


Səs: Real audio
Barmaqdakı izi yalnız ultrabənövşəyi şüada görmək mümkündür Avqustun 27–də Rusiyanın Kazan şəhərində Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyevlə Robert Koçaryan görüşəcəklər.



Azərbaycanın Moskvadakı səfirliyindən Tamilla Əhmədova bu görüşün yerli vaxtla saat 12-də başlayacağını bildirir.



Danışıqların nə qədər çəkəcəyinə gəlincə, Tamilla Əhmədova bu günlərdə iki ölkənin xarici işlər nazirlərinin görüşünün 2 saata qədər davam etdiyini xatırladaraq prezidentlərin görüşünə bundan az vaxt sərf olunmayacağını istisna etmir.



Avqustun 25–də ABŞ dövlət katibi Kondoliza Rays İlham Əliyevə və Robert Koçaryana telefon açaraq Kazan görüşü barədə onlarla söhbət edib.



"Turan" informasiya agentliyinin yaydığı məlumatda deyilir ki, Kondoliza Rays prezidentlərə ölkəsinin bu görüşə xüsusi önəm verdiyini bildirib. O qeyd edib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin nizamlanmasına nail olmaq üçün tərəflərin güzəştə gedəcəklərinə ümid edir.



Politoloq Rasim Musabəyovun fikrincə, Kondoliza Rays qapalı keçəcək bu danışıqlardan kifayət qədər məlumatlıdır və telefon açaraq bu məsələdə Amerikanın marağının nəzərə alınmasını istəyir.



Rasim Musabəyov ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon bağlantısını əhəmiyyətli hesab edir və onun danışıqlara müsbət təsiri olacağını bildirir.
XS
SM
MD
LG