Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Bakıda katolik kilsəsi tikiləcək


Səs: Real audio
II İohan Pavelin şəxsi vəsaiti və xaricdən alınan ianələr hesabına Sentyabrın əvvəlində Bakıda katolik kilsəsinin təməlqoyma mərasimi keçiriləcək. Bakıdakı İsa-Məsih Roma-Katolik prixodu dini icmasının rəhbəri Ofil İsmayılov «Azadlıq» radiosuna bilidirib ki, mərasimdə Vatikanın nümayəndəsi kardinal Kresçento Sepe də iştirak edəcək. Kilsə Xətai rayonunda, eyniadlı metrostansiyanın yaxınlığında inşa olunacaq.



Kilsə keçmiş Papa II İohan Pavelin şəxsi vəsaiti və xaricdən alınan ianələr hesabına tikiləcək.



İsa-Məsih Roma-Katolik prixodu isə Bakıda 2000-ci ildən fəaliyyət göstərir. Cənab İsmayılovun verdiyi məlumata görə, icmanın 100-ə yaxın üzvü var. 200-ə yaxın xarici ölkə vətəndaşı da burdakı dini mərasimlərdə iştirak edir.



Sentyabrın 20-də isə Bakıda islam dini ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, konfransda islamın yeri, gündəlik problemlərin həllində dinin rolu və s. məsələlər müzakirə olunacaq. Konfransda Qafqazın din xadimləri iştirak edəcək.
XS
SM
MD
LG