Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Rino Harniş: «Hərbi bazalar üçün Azərbaycana müraciət olunmayıb»


Səs: Real audio
Bir qrup gənc isə İlham Əliyevin siyasətini dəstəkləyən «İrəli» hərəkatı yaradıb ABŞ Azərbaycanda hərbi bazalar yerləşdirmək üçün müraciət etməyib. Bunu Birləşmiş Ştatların Azərbaycandakı səfiri Rino Harniş deyir. O, prezident İlham Əliyevin «SkyNyus» televiziyasına verdiyi müsahibədə hərbi bazalarla bağlı dediyi fikirləri təsdiqləyir.



Səfir avqustun sonlarında Azərbaycana gələcək konqresmen Riçard Luqar və Senatın Xarici İşlər üzrə Komissiyasının rəhbəri Barak Obamanın səfər çərçivəsində əsas üç məsələni müzakirə edəcəklərini deyir.



Diplomat ölkədə müsbət meyllərin müşahidə olunduğunu, amma əsl seçki prosesinin sentyabrın 7-dən izlənilməyə başlanacağını da söyləyir. Onun sözlərinə görə, ABŞ İlham Əliyevin seçkinin demokratik keçirilməsi ilə bağlı verdiyi sərəncamın necə icra olunduğunu sonadək müşahidə edəcək.
XS
SM
MD
LG