Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Nazir həyatı üçün təhlükə olduğunu deyir


Səs: Real audio
Fərhad Əliyev: «Siyahının mətbuatda dərc olunması müəyyən adamları qıcıqlandırıb» İqtisadi İnkişaf naziri Fərhad Əliyev həyatı üçün təhlükə olduğunu bildirir. Onun sözlərinə görə, Vergilər Nazirliyi və Dövlət Statistika Komitəsi ilə birgə hazırladıqları siyahının mətbuatda dərc olunması müəyyən adamları qıcıqlandırıb. Həmin məlumatda Azərbayacana gətirilən malların idxal qiyməti ilə pərakəndə satış qiyməti arasında böyük fərqlərin olduğu bildirilirdi. Cənab Əliyev qiymət fərqləri haqqında məlumatları gələn rüb üçün daha geniş şəkildə dərc edəcəklərini bildirir: «Növbəti rübdə 62 adda məhsulun idxal, topdan və pərakəndə satış qiymətlərini dəqiqləşdirib yayacağıq». Onun sözlərinə görə, belə addım atılmasa, ölkədəki müəssisələrin inkişaf etməsini gözləmək olmaz.



F.Əliyev ölkəyə gətirilən bəzi mallar üzrə daha fərqli vəziyyətin olduğunu deyir. O, sərhəddə kostyum, köynək, şalvar və digər geyimlərin bütün dünyada qəbul olunduğu kimi, ədədlə yox, çəkiylə qiymətləndirildiyini vurğulayır.



Açıqlanan məlumatın bir sıra işbazlara da sərf etmədiyini deyən nazir, onlardan da müəyyən zərbələr gözlədiyini söyləyir. Amma cənab Əliyev prezidentin seçkiqabağı söz verdiyi 600 min iş yerinin açılmasına əngəl törədən problemlərə qarşı getməkdə davam edəcəyini bildirir.
XS
SM
MD
LG