Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:13
Rubrikalar

Avropa çempionatı paralimpiyaçılar üçün uğurlu başlayıb


Səs: Real audio
Rusiyanın "Regnum" agentliyi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun belə bir bəyanatla çıxış etdiyini bildirir - Finlandiyanın Espo şəhərində atletika üzrə paralimpiyaçılar arasında Avropa çempionatının startı verilib. Azərbaycanı turnirdə 8 idmançı təmsil edir. Onlardan Oleq Panyutin 7 metr 36 sm hündürlüyə tullanaraq yeni dünya rekordunu müəyyən edib və Avropa çempionu adını qazanıb. Digər atlet Bəhruz Bəşirov isə 6-cı yerlə kifayətlənib.



Yuri Qornak isə 400 metr məsafəyə qaçışda Avropa çempionu olub. Əlibala Hüseynov isə nüvəitələmə yarışlarında 7-ci olub.



Aleksandr Polişik və Vüqar Adışirinov 400 metr məsafəyə qaçışda yarışların final mərhələsinə yüksəlib.



2008-ci ildə Pekində keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya verən turnir avqustun 28-də başa çatacaq.



- Ukraynada futzal üzrə ənənəvi beynəlxalq turnirə yekun vurulub. Azərbaycanı təmsil edən Naxçıvanın «Araz» komandası turnirin gümüş medalını qazanıb. «Araz» sentyabrın 6-da startı veriləcək Avropa Çempionlar Liqasının oyunlarına hazırlaşır.



- Avqustun 28-də Türkiyədə alpinistlərin Ağrıdağa [5137 m] beynəlxalq yürüşü başlanır. 17 ölkə alpinistlərinin iştirak edəcəyi yürüşdə Azərbaycanı Elçin Əsgərov, Səridan Mursaqulov və Nizam Mursaqulov təmsil edəcək.
XS
SM
MD
LG