Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:27

«Azadlıq» blokunun yürüş-mitinqinə icazə verildi<p align=`left`><br><br>


Səs: Real audio
Aksiyanın keçirilmə müddətinin bir saat olması meriyanın yox, blokun səhvi üzündən olub Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ADP, AXCP və Müsavat partiyalarının yaratdığı «Azadlıq» seçki blokunun avqustun 27-də keçirmək istədiyi aksiyaya icazə verib. BŞİH-in avqustun 25-də mətbuat üçün yaydığı məlumatda belə deyilir. Yürüş-mitinq saat 17:00-da metronun «20 Yanvar» stansiyasının yanından başlayıb, 19:00-da Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında bitəcək.



BŞİH-in razılıq məktubunda əvvəlcə aksiyanın bir saat müddətinə - saat 17:00-dan 18:00-ə qədər keçiriləcəyi göstərilmişdi. Blokun Mitinq Komitəsinin üzvü Məmməd Zeynalov deyir ki, meriyaya təqdim etdikləri məktubda aksiyanın keçirilmə vaxtını səhvən bir saat göstəriblər: "Bu, bizim səhvimizdir və bunu aradan qaldırmaq üçün yenidən meriyaya müraciət etmişik".



BŞİH-in İctimai Təşkilatlar və Siyasi Partiyalarla İş üzrə Şöbəsinin müdiri Zaur Ramazanovun “Azadlıq” radiosuna verdiyi məlumata görə, üç partiyanın mitinqlə bağlı yeni məktubunu alıblar və məsələ müsbət həll olunub.



Blok üzvlərinin «Azad seçki!», «Korrupsiyaya «yox» deyirik!», «AXCP-yə təzyiqlərə son qoyulsun!» və s. şüarlar səsləndirəcəyi gözlənilir.



Blokun keçirəcəyi mitinqlə bağlı digər bir narahatlığı isə Müsavat Partiyasının başqanı İsa Qəmbər avqustun 24-də keçirdiyi mətbuat konfransında dilə gətirib. O, şənbə aksiyasında bir qrup şəxsin təxribat törədəcəyi barədə onlarda bəzi məlumatlar olduğunu deyib.



Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılan bütün mitinqlərdə olduğu kimi, bu dəfə də polis aksiya iştirakçılarının təhlükəsizliyini qoruyacaq. Hansısa təxribatların törədiləcəyi barədə məlumatlara gəlincə, cənab Zahidov bununla bağlı nazirliyə hər hansı müraciət daxil olmadığını deyir.



Bu, «Azadlıq» blokunun sayca dördüncü aksiyasıdır.
XS
SM
MD
LG