Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 02:26

«Vergilər Nazirliyi 117 təşkilatda yoxlama aparır»


Səs: Real audio
BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barzotti xaricdə oxuyan tələbələrin sayını artırmağın zəruriliyini söyləyir «Azadlıq» qəzetindəki «Azərbaycan ziyalıları ayağa qalxır» başlıqlı məqalədə Aqil Camal yazır ki, Seçki Saxtakarlığı və Repressiyalara qarşı Mübarizə Komitəsi fəaliyyətini bərpa edib. Məqalədə bildirilir ki, bu qərar seçkiöncəsi ölkədəki vəziyyəti müzakirə etdikdən sonra verilib. Bildirilir ki, son vaxtlar repressiyalara məruz qalanların sayı sürətlə artır. Məqalədə deyilir ki, hakimiyyət bu dəfə seçkini saxtalaşdırmaqda çox çətinlik çəkəcək. Müəllifin fikrincə, beynəlxalq müşahidəçilərin sayının çoxluğu, demokratik düşərgədə mübarizə əhval - ruhiyyəsinin hökm sürməsi, həmçinin yerli QHT-lərin aktivliyi seçki saxtakarlığına mane olacaq əsas amillərdir.



«Üç nöqtə» qəzetindəki «Vergilər Nazirliyi 117 təşkilatda yoxlama aparır» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, onların arasında kifayət qədər məhşur və böyük şirkətlər də var. Məqalədə bildirilir ki, Təmir - Tikinti İdarəsi, Cənub Sənaye Tikinti Şirkəti, «Elita-2004» MMŞ, Azərtunelsutikinti və bir sıra digər alış-veriş mərkəzləri, şirkətlər buna misaldır. Müəllif yazır ki, Vergilər Nazirliyinin əməkdaşları Gəncə Şərab-2 ATSC-də, Mərkəzi Beynəlxalq və Şəhərlərarası Avtovağzalda, «Hunday» avto firmasında və daha bir neçə tanınan şirkət, təşkilat və xidmət obyektlərində də təftiş işləri aparırlar.



«İsa Qəmbər Türkiyəyə gedir» başlıqlı məqalədə «Yeni Müsavat» qəzeti yazır ki, başqan qardaş ölkəyə cəmi bir günlük səfəri barədə heç bir açıqlama vermək istəməyib. Səfər haqda ehtimal və partiya rəsmiləri tərəfindən təsdiqlənməyən məlumatlara yer ayıran qəzet yazır ki, cənab Qəmbər Türkiyənin bir sıra nüfuzlu dairələrinin rəhbərləri ilə görüşəcək, telekanallarda çıxış edəcək. Səfərin məqsədi isə parlament seçkisi və seçkiöncəsi durum haqda beynəlxalq aləmə çıxış imkanı qazanmaqdır.
XS
SM
MD
LG