Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 21:56

Vəsiqələrin verilməsini sürətləndirmək üçün bölgələrə avadanlıq göndərilib


Səs: Real audio
BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barzotti xaricdə oxuyan tələbələrin sayını artırmağın zəruriliyini söyləyir Son günlər bölgələrdə şəxsiyyət vəsiqələrinin verilmə prosesini sürətləndirmək məqsədilə pasport-qeydiyyat şöbələrinə 1,5 milyon dollarlıq avadanlıq verilib. Həmin avadanlığın köməyilə gün ərzində 500-dən artıq şəxsiyyət vəsiqəsinin verilməsi mümkündür. Bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov Gəncədə keçirdiyi zona müşavirəsində deyib.



Toplantıda bildirilib ki, hazırda Gəncədə 183 min seçicinin 123 min 646 nəfəri şəxsiyyət vəsiqəsilə təmin olunub. Qərb regionunda ən aşağı göstərici Gədəbəydədir. Burda əhalinin 54 faizi şəxsiyyət vəsiqəsi alıb. Nazir müavini şəxsiyyət vəsiqəsinin verilməsilə bağlı əhalidən rüşvət istədiyinə görə 50 nəfərə yaxın polisin cəzalandırıldığını deyib.
XS
SM
MD
LG