Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:27
Rubrikalar

Gələn il pensiyalar 20 faizdən də çox artırıla bilər


Səs: Real audio
BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barzotti xaricdə oxuyan tələbələrin sayını artırmağın zəruriliyini söyləyir - Gələn il pensiyaların artımı 20 faizdən də çox ola bilər. Dövlət Sosial Müdafiə Fondundan aldığımız məlumata görə, iqtisadi artım bütün təqaüdlərin artırılmasına imkan verəcək.



Hazırda Azərbaycanda minimal pensiya 125 min manatdır.



- Amerika Birləşmiş Ştatlarının Xaricdə Özəl İnvestisiyalar Korporasiyası – OPIC Azərbaycan və digər 10 keçmiş Sovet ölkəsinə sərmayə yatıracaq.



Qurumun mətbuat xidmətinin məlumatına görə, şirkət müxtəlif investisiya layihələrini həyata keçirəcək birgə fondlar yaratmağı təklif edir. Həmin fondların 33 faizi OPIC tərəfindən maliyyələşdiriləcək.



Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan olan təşkilatlar sentyabrın 26-dək OPIC-ə müraciət etməlidirlər.



1971-ci ildə yaradılan OPIC dövlət qurumudur və 1992-ci ildən indiyədək keçmiş Sovet respublikalarından yalnız Rusiyada fəaliyyət göstərirdi.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 646, 1 rubl 162, avro isə 5 674 manatdır.
XS
SM
MD
LG