Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18
Rubrikalar

Azərbaycanlı alpinist "dünyanın damı"na qalxır


Səs: Real audio
BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Marko Barzotti xaricdə oxuyan tələbələrin sayını artırmağın zəruriliyini söyləyir - Avqustun 25-də Fransanın Strasburq şəhərində aşağı yaş qrup idmançıları arasında stolüstü tennis üzrə Avropa çempionatının startı veriləcək. Azərbaycan tennisçiləri – Rüstəm Əliyev və Səbinə Əhmədova da turnirdə iştirak edir.



- Azərbaycan Alpinist Klubunun sədri Səridan Mursaqulovun veridyi məlumata görə, Moskvada yaşayan azərbaycanlı alpinist İsrafil Aşurlu Pamir dağının ən yüksək zirvələrindən birinə – Korjenevskiyə [7104 metr] qalxıb.



İsrafil Aşurlunun daxıl olduğu ekspedisiya hazırda keçmiş SSRİ-nin ən yüksək nöqtəsi sayılan Samoniyə [keçmiş Kommunizm Piki – 7495 m] qalxır. Ekspedisiya bir neçə günə sona çatacaq.



- Avqustun 25-də Mingəçevirdəki «Kür» İdman Kompleksində baydarka, kanoe və akademik avarçəkmə üzrə Azərbaycan birinciliyinin startı veriləcək. Turnir 3 yaş qrupu üzrə keçiriləcək və avqustun 29-dək davam edəcək.



- Avqustun 31-də FIFA Bakıda hakimlər üçün seminar keçirəcək. Seminarda oyun qaydalarına edilən dəyişikliklər, əlavələr və hazırlıqlar haqqında məlumat veriləcək. Seminarda 35 hakim iştirak edəcək. Hakimlərin fiziki hazırlığı yoxlanacaq, onlar yeni avadanlıqlarla təmin olunacaqlar. «Şəfa» stadionunda keçiriləcək seminar sentyabrın 8-ə qədər davam edəcək.
XS
SM
MD
LG